Bizi izləyin

Premyer-liqa

Qurban Qurbanov: "Bizdə futbol mentaliteti fərqlidi"

Topaz Premyer Liqasının 20-ci turunda evdə “İnter”ə u…

blank

Topaz Premyer Liqasının 20-ci turunda evdə “İnter”ə uduzan (0:1) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib.

– Rəqibi təbrik edirəm. Futbolçular bu gün çox əziyyət çəkdilər. Bu gün çatışmayan cəhətlərimiz çox idi. Çalışıb, bu çatışmazlıqları düzəltməliyik. Çempionatın sonuna hələ var. Oyunların sayı get-gedə azalır. Rəqibə bundan sonrakı oyunlarda uğurlar arzulayıram.

– Son 2 oyunda sanki “Qarabağ”da nə isə çatmır
– Təkcə son iki oyunda yox, son oyunlarda çatışmazlıqlar var. Təkcə Dani Kintana yox, başqa itkilərimiz də var. Maksim Medvedev zədəlidi. Ağabala Ramazanovun da zədəsi var idi. Dino Ndlovu məşqdə zədə alıb. Dünənə kimi xəstəxanada idi. Bu gün çıxıb. Əfran İsmayılovun isə ailəsində xəstəliklə bağlı problem var. Hazırda İstanbuldadı. Optimal heyət formalaşdırmaq çətin idi. Təcrübəsi az olan oyunçulara şans verməyə məcbur oldum. Buna görə, futbolçuları çox tənqid etmək istəmirəm. 

– Azarkeşlərlə Rəşad Sadıqov arasında bir dialoq oldu. Sanki etiraz edirdilər…
– Bunu görmədim. Ancaq mənə etiraz etdiklərini eşitdim. Transferlə bağlı etiraz edirdilər. Bunu normal qarşılamalıyıq. Təkcə məşqçilər, futbolçular yox, hamımız məğlub olmağı da bacarmalıyıq. İllərdi bu komanda üçün əlimizdən gələni edirik. Uğursuzluqdan sonra bu cür hallar ortaya çıxır. Ailədə də uşağa hər istədiyini verəndə, sonra nə isə çatışmayanda etiraz edir. Azarkeşlərin də müəyyən qədər haqqı var. Futbol elə həddə çatıb ki, hətta ən böyük klublar belə bəzən 4-5 top fərqi ilə uduzur. Çünki hamı işləyir, özünü inkişaf etdirir. Dediyim kimi, bu cür halları normal qarşılayıram. Ancaq məni yaxşı tanıyırlar. Məncə, belə etirazları öz aramızda həll etsək, daha yaxşı olar. Belə etirazları rəqib azarkeşlər önündə edərək onları sevindirməməlidilər.

– Bugünkü məğlubiyyət sizin üçün nə dərəcədə gözlənilməz oldu?
– Məğlubiyyəti həmişə gözləyirəm. Rəqib oyunu əks-hücum üzərində qurmuşdu. Bir neçə qol fürsətindən yararlana bilmədik.

– Gəncədə keçirilən oyunun nəticəsini futbolçuların bilməsinin bu oyuna təsiri oldu?
– Hamımız bu oyunu düşünürdük. Gəncədəki oyunun təsiri olduğunu düşünmürəm. 

– Samuel Armenteros Hollandiyaya yollandıqdan sonra ayağı açılıb. Problem “Qarabağ”dadı, ya oyunçuda?
– O, “Qarabağ”a gələndə hamı narazı idi. Ancaq biz yalnız transfer etməmişdik. Bizim çempionat çətindi. Bizdə futbol mentaliteti fərqlidi. Burda tam fərqli oyun üslubları var. Burada həmin oyunçulardan daha çox nəticə tələb olunur, nəinki Hollandiyada. Orada bu məsələlərə azarkeşlər tam başqa cür yanaşırlar Bəlkə, ölkəyə uyğunlaşa bilməyiblər. Bu, futbolun yazılmamış qanunlarından biridi.

– Şəhidlər Xiyabanına getməyiniz təqdirəlayiq hal olsa da, bəzi oyunçuların getməməsi söz-söhbətə səbəb oldu…
– Biz hər il Şəhidlər Xiyabanını ziyarət edib, futbolçulara məlumat veririk. Klubun bazasında da vitse-prezident Tahir Gözəllə futbolçular arasında görüş olmuşdu. Tahir bəy hətta bu barədə həm azərbaycanca, həm də ingiliscə məlumat verdi. Öz gördüyümüz işləri çox reklam etmək istəmirik. Hamı bilir şəhidlərə, onların ailələrinə münasibətimiz necədi. İnsanlara xoş gəlmək üçün hansısa addım atmaq istəmirəm. Bəzi şeyləri demək istəmirəm. Klubun köçkünlərə nə qədər yardım etdiyini açıqlamaq istəmirik. Elə bilməyin ki, bu məsələlərə laqeyidik. Görmədiyiniz çox şey var ki, bu barədə danışmaq istəmirəm.

– Riçard Almeydanın millidə oynamasıyla bağlı razılıq əldə olundu. 
– Bəli, razılıq əldə olundu. Ona uğurlar arzulayıram. Özümüz də get-gedə ona azərbaycanlı kimi baxmağa başlayırıq. Bizim mentalitetə daha çox uyğunlaşıb. Elə oyunçular var ki, bu cəhətdən uyğunlaşa bilmir. Millinin məşqçiləri baxıb, yığmaya kömək olacağını düşünüblər. İstərdik ki, uğurlu alınsın. Məncə, düzgün addımdı.

ELMAR ABDULLA-ZADƏ

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Dünya futbolu2024-04-15 20:00

Asensio yenidən Madriddə?

blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 18:32

“Arsenal”ın braziliyalıları Turinə köçə bilər

blank
Digər idman növləri2024-04-15 18:18

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

blank
Digər idman növləri2024-04-15 18:04

Fransa prezidentinin B və C planı

blank
Digər idman növləri2024-04-15 17:50

Yeni rekord – oturub-durmada

blank
Digər idman növləri2024-04-15 17:33

“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı

blank
Ölkə futbolu2024-04-15 17:19

Yunanovun 200-cü oyunu

blank
Premyer-liqa2024-04-15 17:07

“Sabah” 3 qolla 3-cü oldu

blank
Digər idman növləri2024-04-15 16:52

Azərbaycan para-badmintonçuları üçün İspaniya sınağı

blank
Premyer-liqa2024-04-15 16:35

Dörd matçda 1 qol

blank
Müsahibə2024-04-15 16:20

“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”

blank
Digər idman növləri2024-04-15 16:02

Avropa Cüdo Birliyi millimizin Avropa Kubokundakı çıxışını yüksək qiymətləndirib

blank
Digər idman növləri2024-04-15 15:45

Cordanın imzalı ayaqqabıları 482 minə satıldı

blank
Dünya futbolu2024-04-15 15:28

Krivotsyukun komandası səfərdə uduzdu

blank
Dünya futbolu2024-04-15 15:10

“Mançester Yunayted” zərbə altında

blank
Ölkə futbolu2024-04-15 14:52

İcraiyyə Komitəsi nəyi gözləyir?

blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-15 14:20

Monte-Karlo turnirinin reytinqə təsiri

blank
Ölkə futbolu2024-04-15 14:03

“Səbail”də islahatlar olacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm