Ölkə futbolu
Subaşiç sevindi, Saşa və Arif üzüldü
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 10-cu turun oyu…
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 10-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor”, eləcə də Arif İsayevlə Saşa Yunisoğlunun komandası “Dənizlispor” klubları da bu gün növbəti matçına çıxıb.
Futbolçularımızın komandaları bir-biri ilə üz-üzə gəlib. Görüş "Orduspor"un minimal hesablı qələbəsiylə başa çatıb.
Azərbaycanlı futbolçuların bu oyunda meydana çıxıb-çıxmayacaqları maraqla gözlənilirdi. Subaşiçlə Saşa oyuna start heyətdə daxil olublar və sonadək mübarizə aparıblar. Arif isə zədə səbəbindən bu oyunu da buraxmalı olub.
Qeyd edək ki, “Orduspor” geridə qalan turlarda 22 xal toplayıb və 1-ci pillədə qərarlaşıb. “Dənizlispor” isə 8 xalla 17-cidi.
Türkiyə PTT Birinci Liqası
10-cu tur
26 oktyabr
Dənizlispor – Orduspor – 0:1
- Dünya futbolu2024-01-18 08:00
De Byazi “Neftçi”nin sabiq hücumçusunu “Torino”ya təklif etdi
- Premyer-liqa2024-01-18 17:00
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Müsahibə2024-01-17 08:00
“Vəziyyəti xeyrimizə dəyişmək üçün hər şeyi edəcəyik”
- Ölkə futbolu2024-01-17 17:00
Şeydayevin “Kocaelispor”a keçidi rəsmiləşdi