Bizi izləyin

Premyer-liqa

Hafiz Məmmədov üçün “nəğməkar” Pantiç

Hər dəfə "Bakı"nın acınacaqlı durumunu görəndə…

blank
Hər dəfə "Bakı"nın acınacaqlı durumunu görəndə rəhmətlik Səməd Vurğunun "Bakının dərdi var, Bakı xəstədi" misrası yadıma düşür. Şeiri tam olaraq sizə oxumaq fikrim olmasa da, "Bakı"nın ağır vəziyyətindən danışmağa tənbəllik etməyəcəm. Daha doğrusu, ürək xəstəsi olan komandaya stamotoloq Milinko Pantiçin gətirilməsindən sonra yaranan xaosdan, lap elə anarxiyadan danışacam. Serbiyalı mütəxəssisin "Bakı"nın yarasına məlhəm olmaması, əksinə bu yaranın üstünə duz səpməsi artıq aksiomaya çevrilir. Yəni ən nikbin "Bakı" azarkeşi belə bu gedişlə vəziyyətin düzələcəyinə inanmır. Bəs günahı kimdə axtarmaq lazımdı? Pantiçi loru dildə desək, "Bakı"ya "urcah eliyəndə", yoxsa komandanı dirçəldəcəyinə söz verib, amma bu ağır yükün altından çıxa bilməyən "qəhrəman"ımızda?
 
"Məşqçi" qədim "Bakı" sözü olub, "dəyişən əlcək" deməkdi
 
Əlbəttə, qəbul etmək lazımdı ki, məşqçi sehrbaz deyil. Böhranda olan komandanı qəfil dirçəltmək heç Mourinyo və Ferqyussonun bacaracağı iş deyil. Ser Aleks MY-nin "sükanı arxasına" keçəndən sonra 4 il komandaya heç nə qazandıra bilmədi. Dünyanın ən güclü məşqçisinə istədiyi sxemi formalaşdırmaq üçün ən azı 2 il vaxt vermək lazımdı. Ona görə də, bu yazıda sırf Pantiçi "qaralamaq" məqsədi güdməyəcəm. Bəlkə də serbiyalı mütəxəssisə vaxt versələr, bir neçə ilə "Bakı" ölkə çempionu ola bilər. Amma məsələ ondadı ki, "Bakı" rəhbərliyinin səbr kasası dayazdı. Son vaxtlar məşqçiləri əlcək kimi dəyişən paytaxt təmsilçisinin rəhbərliyi bununla da komandanın uğura gedən yolunu bağlayır. Hətta mən deyərdim ki, Hafiz Məmmədovun başçılıq etdiyi idarə heyəti heç özü nə istədiyini bilmir.
 
Rəhbərlik hər dəfə mətbuata açıqlamasında baş məşqçiyə dəstək olacaqlarını və ona işləməyə vaxt verəcəklərini bildirsə də, mövsümün sonunda radikal addım atmaqla öz vədlərinə xilaf çıxırlar. Hər yeni məşqçi komandaya öz sxemini aşıladıqca onun gedişindən sonra aləm yenə bir-birinə dəyir. Bu, bir növ binanı yanlış tikib onu söküb yenidən tikmək sevdasına bənzəyir. Belədə binanı tikdiyin müddətdə çəkdiyin əziyyəti bir kənara qoyaq, ona xərclənən pullar heyif deyilmi?
 
Bəli, "Bakı" rəhbərliyi yarıtmaz saydığı məşqçilərə xərclədiyi pulları küçəyə tökməklə həm də ilini ilinə satır. Üstəlik, bir məşqçinin gətirdiyi oyunçunu da o biri məşqçi bəyənmir. Belədə lazımsız xərcin miqdarı daha da artır. Pul konfet kağızıdısa, klubun sahibi çıxıb bunu ictimaiyyətə elan etsin və biz də işimizi bilək. Yox, pul konfet kağızı deyilsə, onda bu rüsvayçılıq nədi? Aleksandr Starkovu bəyənmirdilərsə, Bojidar Bandoviçi gətirib onu qovmağa nə ad vermək olar? Milinko Pantiç də ümidləri doğrultmursa, onda onun serbiyalı həmkarına niyə qapı göstərdilər? İnanın, bu gedişlə Pantiçlə yollarını ayırıb yenə də ekzotik bir mütəxəssislə anlaşacaq, sonra bu da alınmayıb başqa məşqçi axtarışına çıxacaqlar. Baxmayaraq ki, Pantiçin bu etimada layiq olmadığı elə əvvəldən bəlli idi. Bu, artıq futbol yox, "gizlən-qaç", "qaçdı-tutdu" və ya "səndə-məndə" oyunu oldu. Mən bilən "Bakı" futbol komandasıdı, daha məşqçilər və oyunçular üçün hava limanı yox!
 
"Bakı"nı hər(i)fləmək
 
İndi də keçək, Pantiçin gətirilməsinə və onun buradakı uğursuz fəaliyyətinə. "Bakı"nın "Atletiko"yla sıx əməkdaşlıq etməsində bir "əmma" axtarmaq yersizdi. İspanlarla dostluq peşəkarlaşmaq üçün pis siyasət deyil. Hər halda, bizim "Atletiko"dan öyrənəcəyimiz çox şey var. Ancaq bu o demək deyil ki, yerli-yersiz Madrid klubunu təqlid etməliyik. "Bakı"nın uğur qazanması üçün mütləq oradan məşqçi gətirmək vəziyyətdən çıxış yolu ola bil¬məz. Ondansa istedadlarımızın “Atletiko”ya göndərilməsi barədə vədi yerinə yetirmək lazımdı. Yoxsa bu, sadəcə, hansısa məqsədə hesablanmış vəd idi və unuduldu?
 
"Atletiko"nun əvəzedicilərdən ibarət komandasını çalışdıran Pantiçin "Bakı"nın dərdinə çarə olacağını düşünmək isə səhrada su axtarmaq sevdasına düşmək kimi bir şey idi. İndiyə qədər ciddi bir komandada çalışmayan Pantiçdən "ağ atlı oğlan" düzəltmək yalnız avantüra idi. Məsələ ondadı ki, onun "Atletiko B"si də sequndanın aşağı mərtəbələrində elə də ciddi irəliləyişə nail olmamışdı. Məsələn, Xosep Qvardiola "Barsa"nı çalışdırmazdan öncə "Barselona B"də uğur qazanmışdı. Hardasa "Barselona" rəhbərliyinin riskini başa düşmək olardı. Amma Luis Enrike "Barselona B"də heç nəylə yadda qalmadığı halda, "Bakı"dan qat-qat səviyyəli olan "Roma"nın da gününə ağlaya bilmədi. İndi də "Selta"da eyni aqibəti yaşayır. Ona görə də əvəzedici komandalarda çalışanların qəfil belə məsuliyyətli klublarda işləməsi "tutar qatıq, tutmaz ayran" effekti verir. "Bakı"nın isə belə bir eksperimentə ehtiyacı yox idi. Bizə "B" komandasında işləyən yox, "A" deməyi bacaran mütəxəssislər lazımdı. Bu gün "Bakı" sözündə "B" hərfi "A" hərfindən öndə gələ bilər, amma nəzərə alaq ki, bu komandada üçüncü hərf olan "K"-dən keyfiyyət düzəltmək asan məsələ deyil. Hələ ki, bu gedişlə komanda "ı" hərfi kimi mənasızlaşır.
 
Ancaq bəhanələr
 
Burada işlədiyi müddətdə Pantiç hər uğursuz nəticədən sonra komandasının nöqsanlarından danışmaq əvəzinə bəhanələr axtarmaqla məşğuldu. AZAL-la 2:2 hesabıyla başa çatan oyundan sonra serbiyalı mütəxəssis növbəti dəfə hakimlikdən şikayətlənməklə yanaşı, yetirmələrinin artıq bu hoqqalardan bezdiyini dilə gətirmişdi. Ancaq nədənsə "Bakı"nın çalışdırıcısı 2:0 hesabıyla öndə olan komandasının nə üçün üstünlüyü qoruya bilməməsindən kəlmə də kəsməmişdi. Pantiçin sözlərindən elə çıxdı ki, hakimlər çempionatda "anti-"Bakı" ittifaqı" yaradıb. Bu komandanın liderlər qrupunda qərarlaşmamasının əsl günahkarları elə hakimlərdi. "Rəvan"la oyundan sonra isə Pantiç yenə də ədalət təmsilçilərinin "bostanına daş atmaqla" yanaşı rəqibin futbolçularını da vaxtı uzatmaqda günahlandırıb. Onun sözlərinə görə, qazona yıxılıb vaxtı aparan "Rəvan"lılar futbolun ruhuna yaraşmayan hərəkətlər edib. Hətta Pantiç Şahin Diniyevin yetirmələrinin yerinə utandığını da söyləyib.
 
Deyəsən, turlar ötdükcə Pantiçin ifasında belə nəğmələri çox eşidəcəyik. Uğursuzluğa bəhanə donu geyindirməklə "Bakı"ya çempionluq qazandırmaq mümkün deyil. Hafiz Məmmədov serbiyalı çalışdırıcını Azərbaycana qurub-yaratmağa gətirib, ağlamağa yox. Birinci öz gözündə tiri görmək lazımdı, sonra isə özgə gözündə tük axtarmaq…
 
FƏRİD
 
P.S. Pantiç gətirilməzdən öncə "Bakı"nı Radomir Antiçin çalışdıracağı söylənilirdi. Görəsən gələcəkdə "Bakı" rəhbərliyi "iç"lərlə vidalaşacaq, yoxsa yalnız "P"-ni ixtisara salacaq?
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-19 14:41

“Qarabağ”la “Qəbələ”nin 77-ci dueli

blank
Digər idman növləri2024-04-19 14:24

Azərbaycan çempionatında həlledici mərhələnin ilk oyunlarının təqvimi açıqlandı

blank
Digər idman növləri2024-04-19 14:10

Ataman üçün acı xəbər

blank
Digər idman növləri2024-04-19 13:52

Çində ən yaxşı nəticəni “Maklaren” sürücüsü göstərdi

blank
Ölkə futbolu2024-04-19 13:35

“Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil” – “Neftçi” rəsmisi

blank
Dünya futbolu2024-04-19 13:20

Naqelsmann yığmada qaldı – müqavilə müddəti uzadıldı

blank
Müsahibə2024-04-19 13:19

Sertan özündən narazıdır: “Daha yaxşısını edə biləcəyimi düşünürəm”

blank
Ölkə futbolu2024-04-19 13:01

“Qəbələ”də daha bir vida – legioner yola salındı

blank
Digər idman növləri2024-04-19 12:44

Ən yaxşı snayper müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-19 12:27

AFFA Tovuza elə bir hakim göndərib ki…

blank
Digər idman növləri2024-04-19 12:10

MHL-də mövsümün ən məhsuldar oyunçusu bəlli oldu

blank
Dünya futbolu2024-04-19 11:53

İngilislərin fiaskosu və “Atalanta” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-19 11:35

Azərbaycan tennisçisi beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-19 11:20

İtaliya ÇL-də 5 komanda ilə təmsil olunacaq

blank
Premyer-liqa2024-04-19 11:06

“Turan Tovuz” – “Sumqayıt” və “Zirə” – “Neftçi” matçlarının hakimləri bilindi

blank
Ölkə futbolu2024-04-19 10:57

Tovuzdakı vacib matç Əliyar Ağayevə tapşırıldı

blank
Dünya futbolu2024-04-19 10:49

Kloppun məğlubiyyət şərhi

blank
Digər idman növləri2024-04-19 10:34

Oyunların tarixi açıqlandı

blank
Dünya futbolu2024-04-19 10:17

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər2024-04-19 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-04-19 09:45

“Bayer”dən Avropa rekordu

blank
Ölkə futbolu2024-04-19 09:30

Tovuzda prinsipial oyun

blank
Digər idman növləri2024-04-19 09:12

Kanadada növbəti məğlubiyyət

blank
Ölkə futbolu2024-04-19 08:52

Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir

blank
Digər idman növləri2024-04-19 08:35

“Dream team”in üzvləri çıxış edəcəkləri formaları nümayiş etdirdilər

blank
Digər idman növləri2024-04-19 08:17

Çin qran-prisi üçün xüsusi kubok hazırlandı

blank
Ölkə futbolu2024-04-19 08:00

Juninyoya Niderlanddan da müştəri çıxdı

blank
Dünya futbolu2024-04-19 02:09

KL: “Fənərbaxça” mübarizəni dayandırdı

blank
Dünya futbolu2024-04-19 01:55

Avroliqada yarımfinalçılar bəlli oldu

blank
Digər idman növləri2024-04-18 21:30

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm