İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində "Çelsi"nin qonağı olacaq "Mançester Siti" klubu bu oyuna ciddi itki ilə çıxacaq. Futbolinfo.az xəbər verir ki, Mançester təmsilçisinin kapitanı Vinsent Kompani zədə səbəbindən "Çelsi" ilə matçı buraxmalı olacaq.
 
"Mançester Siti"nin baş məşqçisi Manuel Peleqrini də bu xəbəri təsdiqləyib: "Bəli, Kompani zədəli olduğundan "Çelsi"yə qarşı oynaya biməyəcək. Bu bizim üçün ciddi itkidi. Çünki "Çelsi" ilə oyun asan olmayacaq. Hazırda turnir cədvəlində rəqibdən bir xal geridəyik. Əgər qələbə qazanmaq istəyiriksə, bu görüşdə yaxşı oynamalıyıq".
 
Qeyd edək ki, "Çelsi" – "Mançester Siti" oyunu sabah keçiriləcək. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp