Dünya futbolu
Bundesliqa klubunda yeni baş məşqçi
Almaniyanın "Mayns" klubunun yeni baş məşqçisi b?…
Almaniyanın "Mayns" klubunun yeni baş məşqçisi bəlli olub. Futbolinfo.az xəbər verir ki, bundan sonra komandanı 38 yaşlı Sandro Şvars çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, almaniyalı məşqçi ilə 2020-ci ilə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, buna qədər "Mayns"ı Martin Şmidt çalışdırırdı. Şvars isə əvvəllər bu klubun aşağı yaş qrupları üzrə komandalarında işləyib.