Ölkə futbolu
Qəbələlilər potensial rəqibləri televizordan izlədi
Avropa Liqasının II təsnifat mərhələsindən mübarizəyə ba…
Avropa Liqasının II təsnifat mərhələsindən mübarizəyə başlayacaq “Qəbələ” hazırlığını Avstriyada davam etdirir. İlk turu buraxan “qırmızı-qaralar” rəqibini gözləyir.
Futbolinfo.az xəbər verir ki, təmsilçimizin rəqibi “Dinamo” (Batumi, Gürcüstan) – “Yagelloniya” (Polşa) cütünün qalibi olacaq. İlk oyunlardan sonra Roman Qriqorçukun yetirmələrinin, böyük ehtimalla Polşaya yollanacağını deyə bilərik. Çünki qonaqlar Gürcüstanda 1:0 hesablı qələbəyə sevinib, böyük üstünlük qazandılar.
Maraqlıdı ki, “Qəbələ”nin məşqçiləri potensial rəqibləri izləmək üçün Gürcüstana getməyi lazım bilməyib. Onlar matçı televiziya vasitəsi ilə izləyib. Polşadakı cavab oyununda “casus”umuzun olub-olmayacağı isə hələlik bilinmir. Amma qəbələlilər artıq bu ölkəyə səfərin planlaşdırmasına start verib.
- Ölkə futbolu2024-01-16 08:00
“Neftçi” italiyalı hücumçu transfer edir – 400 min avroya
- Ölkə futbolu2024-01-16 12:15
Tanzaniya kartı: Konfransın martın sonuna saxlanılmasında məqsəd var
- Premyer-liqa2024-01-17 13:17
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Müsahibə2024-01-17 08:00
“Vəziyyəti xeyrimizə dəyişmək üçün hər şeyi edəcəyik”