Ölkə futbolu
“MKT Araz” kimi…
Dünən Avropa Liqasının 1-ci təsnifat mərhələsində Luksemb…
Dünən Avropa Liqasının 1-ci təsnifat mərhələsində Luksemburq “Differdanj”ını məğlub edən “Zirə” qitə turnirində iştirak edən 18-ci Azərbaycan klubu kimi adını tarixə yazdırdı. “Dalğa Arena”da keçirilən görüşdə luksemburqluları 2 cavabsız qolla məğlub edən “qartallar” həm də debütünü qələbə ilə qeyd etdi.
Ayxan Abbasovun yetirmələri bununla da “MKT Araz”dan sorna qitəmiqyaslı yarışlara qələbə ilə start verən 2-ci komanda oldu. Düzdü, 2004-cü ildə indiki “İnter”in sələfi olan “Xəzər Universiteti”də qələbə ilə debüt etmişdi, lakin onların bu uğuru UEFA-nın verdiyi texniki qalibiyyət sayəsində olmuşdu.
Qarşılaşmada hesabı açan Riçard Qadze “Zirə”nin avrokuboklarda vurduğu ilk qolun müəllifi kimi tarixə düşdü. Qazanılan qələbə həm də komandalarımızın Luksemburq təmsilçiləri üzərində 3-cü oyunda 2-ci uğuru oldu. Ötən mövsüm “Qarabağ” Çempionlar Liqasında adıçəkilən ölkənin “Düdelanj” klubunu 2:0 hesabı ilə məğlub etmişdi. Digər görüşdə isə tərəflər heç-heçəyə razı olmuşdu.
Qazanılan uğur “Zirə” üçün ilk olsa da, klublarmızın avrokuboklarda 77-ci qələbəsi kimi də tarixə düşdü.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq