Ölkə futbolu
30-cu səfər qələbəsi
Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparan …
Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparan “İnter” klubu tarixi qələbə qazanıb. Serbiyada “Mladost”u 3:0 hesabı ilə yenən paytaxt klubu təmsilçilərimizin avrokuboklarda tarixi ərzində 30-cu səfər qələbəsinin müəllifi olub.
Luçani təmsilçisi ilə görüşədək klublarımız 23 ildi çıxış etdikləri avrokuboklarda 29 dəfə rəqib meydanından qalib dönmüşdü. 30 qələbədə ən çox payı olan “Qarabağ”dı – 12 dəfə. “İnter” 8-ci dəfə rəqib meydanında qalib gəlibsə, “Neftçi”nin 5 belə uğuru var.
Qeyd edək ki, ilk səfər qələbəsi 1999-cu ilə təsadüf edib. Həmin il iyunun 20-də “Qarabağ” İntertoto kubokunun I mərhələsində İsrail “Makkabi”sindən güclü olub. Təmsilçimiz Hayfa klubunu 2:1 hesabı ilə yenib.
- Premyer-liqa2024-01-30 11:17
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Premyer-liqa2024-01-28 19:23
“Neftçi”dən “Qəbələ” üzərində inamlı qələbə
- Milli komanda2024-01-29 10:40
Vaqif Cavadov milli komandaya təyinat alacaq
- Ölkə futbolu2024-01-29 08:00
“Qarabağ”ın izləyicisi yenə dəyişdi, xal fərqi 15-ə çatdı