Dünya futbolu
Ronaldo əkiz atası oldu – FOTO
Rusiyada təşkil olunan FİFA Konfederasiyalar Kubokunun yarımfinal?…
Rusiyada təşkil olunan FİFA Konfederasiyalar Kubokunun yarımfinalında Çiliyə məğlub olan Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo komandanın düşərgəsindən ayrılıb. Futbolinfo.az xəbər verir ki, buna onun yeni övladlarının dünyaya gəlməsi səbəb göstərilir. Ulduz futbolçu bunu özü elan edib.
"Facebook"dakı rəsmi səhifəsində qucağında tutduğu iki uşaqla şəklini paylaşan Madrid "Real"ının hücumçusu bunları yazıb: "Mən nəhayət öz uşaqlarımla ilk dəfə bərabər olmaqdan çox məmnunam".
Bununla da o, əkizlərin atası olduğunu elan edib. Portuqaliya mətbuatı uşaqların ABŞ-da, surroqat ana vasitəsilə dünyaya gəldiyini bildirib. Onlardan biri oğlan, digəri isə qızdı. Təsdiqlənməmiş məlumatlara görə, əkizlər 8 iyunda dünyaya gəlib. Qız və oğlana Eva və Mateo adlarının verildiyi bildirilir.
Qeyd edək ki, Ronaldonun artıq 7 yaşında bir oğlu da var. O, 2010-cü ildə yenə surroqat ana vasitəsilə dünyaya gətirilmiş həmin uşağına isə öz adını (Kristiano) verib.
- Premyer-liqa2024-01-30 11:17
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Premyer-liqa2024-01-28 19:23
“Neftçi”dən “Qəbələ” üzərində inamlı qələbə
- Milli komanda2024-01-29 10:40
Vaqif Cavadov milli komandaya təyinat alacaq
- Ölkə futbolu2024-01-29 08:00
“Qarabağ”ın izləyicisi yenə dəyişdi, xal fərqi 15-ə çatdı