Ölkə futbolu
Elxan Məmmədov "İnter" və "Zirə"nin qələbəsindən danışdı
AFFA-nın baş katibi Elxan Məmmədov Avropa Liqasının I təsnifat …
AFFA-nın baş katibi Elxan Məmmədov Avropa Liqasının I təsnifat mərhələsində Azərbaycanın “Zirə” və “İnter” klublarının keçirdikləri ilk oyunları dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, milli assosiasiya rəsmisi Azərbaycan təmsilçilərinin müvafiq olaraq, evdə Lüksemburq "Differdanj"ı və Serbiyada "Mladost" üzərində qazandıqları qələbələrdən razılıq ifadə edib.
Baş katib ilk olaraq, “Zirə”nin Avroliqada debut oyununu yüksək qiymətləndirib: “Oyun son dərəcə gərgin və maraqlı keçdi. Avroliqada ilk dəfə çıxış etməsinə baxmayaraq, komandamız əzmkarlığı və peşəkarlığı nəticəsində istəyinə nail olaraq arzularımızı gerçəkləşdirdi. Bu nəticə “Zirə” nin yaxşı komanda olduğunu göstərdi və rəhbərlik tərəfindən yaradılan şəraitə uyğun olaraq, oyuna yüksək səviyyədə hazırlaşdığını əyani təsdiqlədi. Ümid edirəm ki, bu komanda növbəti qarşılaşmalarda da yaxşı nəticələrə nail olmaqla tarixini ilk Avroliqa oyunlarından başlayaraq zənginləşdirəcək".
E.Məmmədov “İnter”in səfərdə qazandığı nəticəni də sevindirici adlandırıb: "Müəyyən səbəblərdən komandanın son vaxtlar çətin vəziyyətə düşməsinə və 2 transfer dövrü üçün qadağanın qoyulmasına baxmayaraq, keçirilən oyun və qazanılan qələbə ürəyimizcədir. Beləliklə də komandalarımızın beynəlxalq oyunlara yaxşı başlanğıcı AFFA rəhbərliyinin böyük sevincinə səbəb oldu”. (Report)
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”