Ölkə futbolu
Millimizin üzvü 9:2 hesablı darmadağına sevindi
Futbol üzrə Almaniyanın Regional Liqasında növbəti turun…
Futbol üzrə Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, millimizin üzvü Əli Gökdəmirin çıxış etdiyi “Hannover “in ikinci komandası 13-cü tur çərçivəsində “Verder”i qəbul edib.
Qarşılaşma “Hannover”in 9:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü meydana start heyətində çıxıb. O, 90 dəqiqə mübarizə aparmaq şansı qazanıb.
Qeyd edək ki, Gökdəmirin komandası hazırda 17 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.