Dünya futbolu
Super Liqa klubunda yeni qapıçı
Türkiyənin "Başakşəhər" klubu heyətini yeni futbo…
Türkiyənin "Başakşəhər" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Bursaspor"dan qapıçı Mərt Günoku transfer edib.
Klubun rəsmi saytının yaydığı məlumata görə, 26 yaşlı "əlcək sahibi" ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mərt Günok "Fənərbaxça"nın yetirməsidi. O, 2009-2015-ci illərdə "sarı-lacivərtlilər"in əsas komandasında çıxış edib.