Ölkə futbolu
"Panatinaikos"da ciddi itki
Yunanıstanın "Panatinaikos" klubu Avropa Liqasının 3-c&u…
Yunanıstanın "Panatinaikos" klubu Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı cavab matçı öncəsi ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, əməliyyat olunan vitse-kapitan Georges Kutrumbis növbəti oyunu buraxmalı olacaq.
Düzdü, o, artıq komandaya geri dönüb. Lakin hazırki vəziyyətdə meydana çıxması real görünmür.
Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması avqustun 3-də keçiriləcək. Bu komandalar arasında Afinada baş tutan ilk oyunda yunanlar 1:0 hesablı qələbəyə sevinmişdilər.