Bizi izləyin

Ölkə futbolu

BOS üçün büdcədən itirdiklərimiz

Zahirən bəsit, balaca mövzu təsirini bağışlasa da, fonundak…

blank

Zahirən bəsit, balaca mövzu təsirini bağışlasa da, fonundakı mətləbləri qabartdıqca miqyası inanılmaz böyüyən bir məqamı qabartmaq istəyirik.

Təsadüfən qarşımıza çıxan Bakı Olimpiya Stadionunun (BOS) hazırladığı təqvim.
Və təqvimdə bu gün qədəm basdığımız 2017-ci ilin avqust ayı.
Diqqət yetirin. BOS-un ortaya qoyduğu təqvimlə işlərimizi planlasaq, yaşadığımız ayın 3 gününü yaşamamış olacağıq. Bəli, avqust 7-dən birbaşa 10-a keçir.

blank

Əvvəldə də bildirdiyimiz kimi, bu, mahiyyətdə qlobal nöqsan sayılmaya bilər. Təbii ki, hansımızsa bu təqvimlə hərəkət edəcək qədər huşsuz deyilik. Ancaq görəndə ki, BOS-un büdcəsi 1.292.975.00 manatdır, onda ortaya ciddi sual çıxır. Niyə bir stadiona bu qədər pul ayrılsa da, ən adi işlərdə səhvlər buraxılır?

Diqqət yetirsəniz, büdcədən əlavə, əmr 12/İ-1 və 01.03.2016 tarixli müqaviləyə əsasən SOCAR-dan AFFA-ya əlavə daxil olan (bu da aydınlaşmayan məqamdır; əlavə daxilolmanın təyinatı nəyədir – bilinmir)1.810.510.00  manat da BOS-un büdcəsinə əlavə edilib. Bütün bunlar AFFA-nın illik hesabatında dərc olunan müddəalardı. 

***               ***               ***

Son vaxtlar ölkədə maliyyə böhranının çətin vəziyyətə saldığı sahələri və o sahələrdən ortaya çıxan reaksiyaları/etirazları görürsünüz. blankOnlardan biri də olimpiya, dünya çempionu güləşçilərimizin maaşlarının, mükafatlarının 15 aydır ödənməməsina kütləvi etirazı idi. Belə qarışıq məsələlər ortaya çıxdıqca ölkədə idarəçilik sisteminin ciddi böhranları bir-bir aşkara çıxır. Artıq dünya mediası belə mövzuları müzakirəyə çıxarır. İmciinin yaxşı olması üçün milyardlar xərclənsə də, Azərbaycanı pis vəziyyətdə məhz belə hadisələr pis vəziyyətdə qoyur və ciddi beynəlxalq korporasiyalar ölkə ilə əməkaşlıqdan imtina edir.

Maliyyə böhranının "vurduğu" sahələrə nəzər yetirsək, hər halda, BOS-dan daha əhəmiyyətli istiqamətlərdi. Ancaq heç bir gəlir gətirməyən (oxu: cüzi gəlirinin hara istiqamətləndirildiyi də məlum olmayan) BOS üçün illik 3 milyon manatdan çox vəsaitin ayrılması, qarşılığında adicə kalendarda buraxılan səhvlər… Bu səhvlər stadionun, demək olar ki, əksər işlərində var.

Bəs niyə belədir?

Çünki vacib, ölkə əhəmiyyətli qurumların idarəçiliyi qohum-dost prinsipləriylə bölüşdürülür. İşi peşəkarlar idarə etmədikcə ortaya biabırçı məqamlar daim çıxacaq. Məsələn, elə BOS-un direktoru Cavid Qarayev.

Kimdir bu adam? Stadion idarə eləməyi üçün bundan əvvəl əlahiddə xidmətləri, bu sahəyə aid təcrübəsi olub? Heç bir…

Cavid Qarayev 2007-ci ilin noyabrında AFFA-nın Marketinq və Reklamlar Şöbəsinin müdiri vəzifəsində fəaliyyətə başlayıb. Həmin vəzifədə çalışdığı 8 ildə heç bir diqqətçəkən proqram, layihə həyata keçirilməyib. 2015-ci ilini oktyabrından isə BOS-un direktoru təyin edilib.

Hansı prinsipə əsasən? 

O, AFFA-nın baş katibi Elxan Məmmədovun dostu prinsipinə əsasən bu posta təyin olunub. Sonra stadionun idarəçilyini formalaşdıran kadr toplanması prosesi də Qarayevin dostları və dostlarının dostları prinsipiylə seçilib.

Ümumiyyətlə, AFFA-nın strukturunda ən əhəmiyyətli postlar məhz belə bölünür. Quruma tapşırıqsız, qaydalara uyğun düşüb, irəliləyən kadrlar isə gec-tez "vurulur" və Elxan bəylə dostlarından ibarət dəstə içəri yad nəfər buraxmamaqla ümumi prosesə öz çıxarlarına uyğun nəzarət edirlər. Buna aid misalları dəfələrlə qabarmışıq, qabardacağıq. 

Elxan Məmmədovun dostu olduğu üçün BOS-un direktoru təyin edilən  Qarayevin vaxtilə dost KİV-lər vasitəsiylə dərc edilən müsahibəsində qeyd olunanlar həyata keçirilmir. Çünki dostlar rejimi təyinatların gerçəkləşməsində, vəzifələrin mənimsənilməsində rol oynasa da, onlar idarəçiliyi yaxşı bacarmır. Xüsusən spesifik sahə olan futbol ola… Çünki burada nəticə qazanmaqçün mütləq bu sahənin peşəkarı olmalısan.

Beləliklə, biz, tamamilə dotasiya sistemində işləyən BOS-un gəlirlərinin olub-olmadığını dəqiqləşdirə bilmirik.

Büdcəsi gözləri bərəldən stadionun guya gəlir gətirən obyektə çevirəcəklərini deyən Qarayev bildirmişdi ki, stadionda müxtəlif təşkilatlarla müqavilələr imzalanır. Burada mini-futbol üçün sahələr tikilir, kartinq üçün meydançalar ayrılır, peyntbol, şar futbolu, fitnes zallar hazırlanır. Eyni zamanda yaxın zamanlarda Olympicafe adlı idmanbar da fəaliyyətə başlayacaq. Yaxın zamanlarda stadionun bütün ərazisini genişzolaqlı internetlə təmin edəcəyik. Bu da hər kəsin ürəyi istəyən kimi istirahət etməsinə imkan yaradacaq. Eyni zamanda stadionun ərazisində  (bu arada kifayət qədər boş meydançalar var – red.) HED Academy, CBC Sport, Sport Marketing Group kimi bir çox tanınmış şirkətlər ofis icarəyə götürürlər.

Əvvəla qeyd etdiyi istiqamətlər üzrə yalnız kafe, mini meydançalar məsələsi təmin edilib. Bir də icarəyə verilən ofislər məsələsi. Ki, onlar da təyinatla ora gedənlərdi, hansısa müstəqil şirkət deyil ki,  stadionun büdcəsinə əlavə gəlir kimi qeyd edə bilək.

Sadə izahı budur ki, tutalım, qeyd olunan "CBC Sport" – bu, SOCAR-ın maliyyəsiylə fəaliyyət göstərən TV-dir. BOS-dakı ofis icarəsi də SOCAR-dan ayrılır. Stadionun büdcəsi də SOCAR-dandı. OK, Cavid bəy, sizin burda rolunuz nə oldu?

Təbii ki, heç nə. Onda öz adınıza niyə çıxardırsınız?

Vacib xatırlatma: Cavid Qarayev BOS-un direktoru postuna görə 10 min manat maaş alır. Səbəb? Məntiq?

Dostluq rejiminin nümayəndəsi olduğu üçün?

***               ***               ***

Ölkədə ən vacib istiqamətlərin böhranda çabaladığı, çıxış yolları axtardığı bir ərəfədə BOS-un direktoru hansı məntiqlə 10 min manat məvacib alır?

Fəaliyyətsizliyə görə?

Mini meydançalardan, kafenin icarəsindən gələn icarə haqqı hanı? Hara istiqamətləndirilir?

AFFA-nın hesabatlarında bu məqamlar niyə yoxdur?

İzahını biz verək. Onlar dostların cibinə gedən əlavə gəlirlərdir, heç bir hesabatda yoxdur. BOS-un sıravi işçiləri belə minimum 2-3 min manat məvacib alır. Buna sevinmək isə olmur. Çünki gəlir gətirməyən, əksinə, ölkə büdcəsinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərən bir qurumun fəaliyyəti üçün hansısa qlamur kollektivə niyə bədxərclik edilməlidir?

Bəli, Azərbaycan futbolu bu cür bir rejimin/sistemin əsarətindədir. "Dostlar rejimi" ölkə futbolunda ən əhəmiyyətli istiqamətləri ixtiyarına keçirib, futbolçu transferlərindən tutmuş, ən xırda maliyyə proseslərinə nəzarət edirlər. Nəticədə də ortaya ciddi nöqsanlar, səhvlər və maliyyə itkiləri çıxır.

futbolpress.az
 

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-16 13:30

Dadaşov üçün mövsüm erkən bitdi

blank
Ölkə futbolu2024-04-16 13:19

AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir

blank
Digər idman növləri2024-04-16 13:01

Makron Olimpiada üçün seçim edir

blank
Digər idman növləri2024-04-16 12:44

Sinner Madriddə oynayacağını təsdiq etdi

blank
Ölkə futbolu2024-04-16 12:27

Rəhbərsiz “Neftci”: qeyri-müəyyənlik davam edir

blank
Digər idman növləri2024-04-16 12:09

Nadal 680 gündən sonra yenidən kortda

blank
Digər idman növləri2024-04-16 11:55

Kanadalı hokkeyçi 21-ci əsrdə ilkə imza atdı

blank
Dünya futbolu2024-04-16 11:40

Zidan Riberi ilə birlikdə qayıdır

blank
Digər idman növləri2024-04-16 11:25

MBA-da rekord nəticə

blank
Digər idman növləri2024-04-16 11:10

ABŞ millisinin heyəti elan edildi

blank
Dünya futbolu2024-04-16 10:55

Ronaldo cəzalanacaq

blank
Digər idman növləri2024-04-16 10:38

İddiaçılar Turniri: Abasov yenə uduzdu

blank
Dünya futbolu2024-04-16 10:19

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşir

blank
Digər2024-04-16 10:00

MİSLİ ilə qazan!

blank
I Liqa2024-04-16 09:45

“Mingəçevir” növbəti oyuna hazırlaşır – VİDEO

blank
Digər idman növləri2024-04-16 09:27

“Göyçay kuboku”nu sumqayıtlılar qazandı

blank
Ölkə futbolu2024-04-16 09:10

Lunyov “Qarabağ”dan ayrıla bilər

blank
Digər idman növləri2024-04-16 08:51

Atası Mariyanın yığmamızda çıxış etməsini istəyirmiş

blank
Ölkə futbolu2024-04-16 08:34

“Zirə” – Avropada 8-ci komanda

blank
Dünya futbolu2024-04-16 08:17

Hüseynovlu “Arda” “Ludoqorets”lə bacarmadı

blank
Müsahibə2024-04-16 08:00

Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”

blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Dünya futbolu2024-04-15 20:00

Asensio yenidən Madriddə?

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm