Milli komanda
Millimizin futbolçusu "qara siyahı"da
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin &uum…
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozan Can Kökcü şərəfini qoruduğu Türkiyənin "Bursaspor" klubunun baş məşqçisi Pol Le Quenin "qara siyahısı"na düşüb. Futbolinfo.az xəbər verir ki, bu barədə yerli mətbuatın yaydığı məlumatda bildirilir.
Fransalı mütəxəssisin yeni mövsümdə komandada görmək istəmədiyi 4 oyunçu arasında gənc yarımmüdafiəçi də var. Ozan Canla yanaşı, Boban Yoviç, Sinan Bakış və Mərt Örnək səhər məşqini əsas komandadan ayrı, köməkçi-məşqçinin nəzarəti altında keçiblər. Xəbərdə sözügedən futbolçularla yolların ayrıla biləcəyi vurğulanıb.
Qeyd edək ki, Ozan Can Kökcü bu yay "Bursaspor"la 3 illik müqavilə imzalayıb.