Ölkə futbolu
“CBC Sport”un da cəhdi uğursuz alındı
Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA &C…
Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında Moldovada “Şerif”in qonağı olacaq.
Futbolinfo.az xəbər verir ki, "İdman Azərbaycan" telekanalı və Ağdam klubu bu görüşün ölkəmizdə yayımlanması üçün qarşı tərəflə danışıq aparsa da, bu, uğursuz alınıb. Həm telekanal, həm də Ağdam klubunun rəsmiləri məsələ ilə bağlı detalları açıqlamışdı.
Bu oyunu yayımlamağa “CBC Sport” telekanalı da cəhd göstərib. Ağdam klubunun yenicə yaydığı məlumata görə, telekanalın rəhbəri Volkan Üst və onun kollektivi oyunun canlı yayımlanması üçün cəhd edib Moldova klubuyla danışıqlar aparsa da, “Şerif” rəhbərliyi qarşılaşmanın canlı yayımlanmasında maraqlı olmadığı üçün müsbət cavab verməyib.