Dünya futbolu
Millimizin forvardından bir qol, bir məhsuldar ötürmə
Türkiyə Super Liqasının yeni mövsümünə hazırl…
Türkiyə Super Liqasının yeni mövsümünə hazırlaşan "Bursaspor" təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçını keçirib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası bu dəfə aşağı liqa təmsilçilərindən "Keçiörengücü" klubu ilə qarşılaşıb. Oyun futbolçumuzun komandasının inamlı qələbəsi ilə başa çatıb – 4:0.
Baş məşqçi Pol Le Quen yığmamızın forvardına da bu oyunda start heyətdə şans verib. 71-ci dəqiqədə əvəzlənən Yılmaz 33-cü dəqiqədə komandasının 2-ci qolunu vurub. O, ilk qol epizodunda da məhsuldar ötürmə ilə yadda qalıb.
Azərbaycanın gənclərdən ibarət millisinin futbolçusu Ozan Can Kökcü isə bu görüşdə şans qazanmayıb.