Milli komanda
Millimiz İspaniya və Fransa ilə eyni qrupda
Futzal üzrə Avropa çempionatının final mərhələsinin …
Futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, Sloveniyanın paytaxtı Lyublyanada keçirilən tədbirdə qitənin ən güclü 12 komandası 4 qrupa bölünüb.
2018-ci il yanvarın 30-dan fevralın 10-dək keçiriləcək yarışın meydan sahibi olan Sloveniya millisi A qrupunun 1-ci komandası kimi püşkdən kənar qalıb. Digər 11 yığma isə püşkatmaya əsasən qruplara ayrılıb.
Ardıcıl 5-ci dəfə final mərhələsində iştirak edəcək Azərbaycan millisinin rəqibləri də məlum olub. Püşkə 2-ci səbətdən qatılan yığmamız İspaniya və Fransa ilə eyni qrupa düşüb.
A qrupu
Sloveniya
İtaliya
Serbiya
B qrupu
Rusiya
Qazaxıstan
Polşa
C qrupu
Portuqaliya
Ukrayna
Rumıniya
D qrupu
İspaniya
Azərbaycan
Fransa
AÇ-2018-in final mərhələsinin təqvimi də bəllidi. İlk turda istirahət edəcək millimiz fevralın 2-də qrupun sonuncu səbətdən gələn komandası – Fransa ilə görüşəcək. Ayın 4-də isə 1-ci komanda – 7 qat Avropa çempionu İspaniya ilə matç baş tutacaq.
Final mərhələsinin təqvimi
Qrup mərhələsi
I tur
30 yanvar
Sloveniya – Serbiya
Rusiya – Polşa
31 yanvar
Portuqaliya – Rumıniya
İspaniya – Fransa
II tur
1 fevral
Serbiya – İtaliya
Polşa – Qazaxıstan
2 fevral
Rumıniya – Ukrayna
Fransa – Azərbaycan
III tur
3 fevral
İtaliya – Sloveniya
Qazaxıstan – Rusiya
4 fevral
Ukrayna – Portuqaliya
Azərbaycan – İspaniya
1/4 final
5 fevral
1A – 2B
1B – 2A
6 fevral
1C – 2D
1D – 2C
Yarımfinal
8 fevral
1A–2B qalibi – 1C–2D qalibi
1B–2A qalibi – 1D–2C qalibi
10 fevral
III yer uğrunda oyun
Final
Qeyd edək ki, final mərhələsinin oyunları Lyublyanadakı “Stojitse Arena”da baş tutacaq. (Apasport)
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı