Dünya futbolu
Avroliqada da 2-ci turun ən yaxşı futbolçusu bəlli oldu
Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun ən yaxşı futbol…
Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun ən yaxşı futbolçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, UEFA-nın rəsmi saytında aparılan sorğuda Rusiyanın “Zenit” klubunun futbolçusu Aleksandr Kokorin ən yaxşı seçilib. "Real Sosyedad"la ev oyununda (3:1) dubla imza atan futbolçu azarkeşlərin 39 faizinin səsini qazanıb.
İkinci pillədə Rumıniyanın "Styaua" klubunun yarımmüdafiəçisi Konstantin Budesku qərarlaşıb. "Luqano" ilə səfər oyununda qol vurmaqla komandasının qələbəsinə (2:1) töhfə verən futbolçu 24 faiz səs toplayıb.
İlk üçlüyü Rusiyanın "Lokomotiv" klubunun yarımmüdafiəçisi Manuel Fernandes qapayır. "Zlin"lə ev oyununda (3:0) het-trik edən futbolçu 13 faiz səs toplaya bilib.