Premyer-liqa
Rəşad Əzizli 357 dəqiqədən sonra…
“Neftçi”nin qapıçısı Rəşad Əzızlinin …
“Neftçi”nin qapıçısı Rəşad Əzızlinin quru seriyası qırılıb.
Futbolinfo.az xəbər verir ki, ardıcıl 3 oyun qol buraxmamaqla mövsümün rekorduna imza atan qolkiper 10-cu turun “Sumqayıt”la matçında rəqibin fərqlənməsinə üzülüb. O, komandasının 2:1 hesabı ilə qalib gəldiyi görüşün 38-ci dəqiqəsində Tural Axundovun penalti zərbəsini dəf edə bilməyib.
Bunadək isə Rəşad “İnter” (2:0), “Səbail” (4:0) və “Kəpəz”lə (1:0) matçlarda qapısını toxunulmaz saxlamışdı. Son qolunu VI turun “Qəbələ” ilə matçının 40-cı dəqiqəsində Baqali Dabodan buraxan Əzizli 357 dəqiqədən sonra topu qapısında görüb.
Qeyd edək ki, bu seriya həm quru oyunların sayında, həm də dəqiqə baxımından mövsümün rekordudur.
- Müsahibə2024-02-02 11:07
Qurban Qurbanov: “Şəxsi maraqlara görə səhv qərar vermək olmaz”
- Premyer-liqa2024-02-02 15:51
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2024-02-02 08:00
“Qarabağ”ın yola saldıqları: Bütün istefalar çempiona darmadağından sonra reallaşıb
- Ölkə futbolu2024-02-03 13:16
Bojoviç “Srvena Zvezda”dan tanıdığı hücumçunu “Neftçi”yə gətirir