Dünya futbolu
Bundesliqa klubunda baş məşqçi istefası
Almaniyanın “Verder” klubu baş məşqçisi Aleksan…
Almaniyanın “Verder” klubu baş məşqçisi Aleksandr Nuri ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Bremen klubunun rəsmi saytı məlumat yayıb.
“Verder”i qarşıdakı oyunlara klubun U-23 komandasının baş məşqçisi Florian Kofeldtin çıxaracağı bildirilib.
Bu mövsüm Bundesliqada qələbəyə həsrət qalan “Verder” 5 xalla 17-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Nuri “Verder”I 2016-cı ildən çalışdırırdı.