Bizi izləyin

Ölkə futbolu

“Neftçi”ni dağıdanlar hələ çox oyunlardan çıxacaqlar”

"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleyma…

blank

"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov komandanın son zamanlar yüksəlişdə olmasına münasibət bildirib. 

Futbolinfo.az xəbər verir ki, bu barədə o, “Facebook”dakı hesabında yazı paylaşıb. Tahir bəy yazısında bir sıra məsələlərə toxunub. Həmin yazını təqdim edirik:

"4 oyun, 4 qələbə!
"Neftçi"yə yaraşan budur!
Artıq bəhanələr gətirilmir, nağıllar danışılmır. Söz meydanda deyilir…

Son 3 il idi "Neftçi" adına doğru olanı söyləyirdik, məsləhətlərimizi əsirgəmirdik. "Neftçi"nin böyüklüyünü dərk etməyən diletantlar, futbolu bilməyənlər biabırçı nəticələrə haqq qazandırmaq üçün yüz yola əl atırdılar. Ağlaşma selə dönmüşdü…

Hər altı aydan bir 5-10 transfer edib mövsümdə 15-16 legioner oynadanlar maliyyədən gileylənir, özlərinə 250 minlik xidməti maşın alır, Braziliyadan vurub Paraqvaydan çıxırdılar.

Futbolu kənara qoyub yemək davası edilirdi. Dost-tanışları klubda müxtəlif vəzifələrə yerləşdirib, yumşaq desək "xəbərçi" statusu verilmişdi. "Neftçi"nin illərlə yetişdirdiyi futbolçulara "düşmən" damğası vurub didərgin salındı. Məğlubiyyətlərə baxmayaraq, stadionlara gələn fanat, azarkeşlər "kənar şəxs" adlandırıldı, polisə verildi. Nəticədə çempionluqlar, kuboklar qazanan tarixi "Neftçi" autsayderə çevrildi. Tahir Süleymanovun haqlı fikirləri, tənqidləri ilə bağlı gecə-gündüz SOCAR, AFFA-ya şikayətlər edildi. İctimaiyyətin doğru iradları qəbul olunmadı.

Müasir dövrdə dərin təhlillərə söykənən fikirlər vəsait, gəlir deməkdir. Biz "Neftçi" sevgisini önə çəkərək təmənnasız köməyimizi edir, doğru yol göstərirdik. Bu illər ərzində söylədiklərimizə önəm verən, inanan hər kəsə dərin təşəkkürümü bildirirəm.

Psixoloji təzyiqlərə baxmayaraq "Neftçi"ni uçurumdan döndərən sizlər, haqlı fikirlər, qəti addımlar oldu. Baxmayaraq ki, nağıllara qulaq asan, bizləri düşmən obrazında görənlər də yox deyildi. "Neftçi"nin çörəyini yeyib, müxtəlif saxta profillər açan, keçmiş uğurlara kölgə salmaq istəyənlər də tapılırdı. Çox sayda veteranlar susur, jurnalistlərin həqiqətə söykənən yazıları qərəz kimi qəbul olunurdu…

Üç il ərzində komandanı özləri kimi autsayder edənlərin fonunda hər zaman böyük olan sadiq "Neftçi" fanat, azarkeşləri daha da böyüdü, mətinləşdi. "Neftçi"nin ağ-qara rəngləri kimi ağı qaradan seçməyi bacardı, komandaya sahib çıxdı. Böyük "Neftçi"ni müvəqqəti uğursuzluqlarla kiçiltməyə imkan verilmədi…

Sular tam durulubmu?! Xeyr. "Neftçi"ni dağıdanlar hələ çox oyunlardan çıxacaqlar. Müxtəlif qruplaşmalar qara buludlar kimi "Neftçi"nin üstündən çəkilməyib. Ağ buludlu şəffaf, təmiz, günəşli səmanı təmin etmək üçün "Neftçi"ni qəlblərində daşıyanlar daha diqqətli olmalı, hər sözə, yalana inanmamalıdır.

"Neftçi"nin qələbə ruhunun qayıtması çox gözəldir. Bununla yanaşı qazanılan qələbələr komanda üçün sıradan nəticələr olmalıdır. "Neftçi"ni elə günə salıblar ki, adi ola biləcək (belə də olmalıdır) qələbələr coşquyla qarşılanır. Fanat, azarkeşlərin bu sevinci başadüşüləndi. İndiki qələbələr hər zaman olduğu kimi böyük yolun kiçik cığırları olmalıdır.

"Neftçi"nin böyüklüyü heç vaxt iddiasını azalda bilməz. Dünən bəhanələr gətirib, nağıllar danışan bacarıqsızlar rəqabətsiz çempionatda 4 layiqli qələbənin arxasında gizlənməməlidir. Əks halda böyük qələbələr xəyal görünə bilər…

"Neftçi"nin iddiası 4-cülük deyil, minimum çempionluq, kubok, ölkə futbolunda lider mövqeyini qaytararaq, Avropada sözünü deməsi olmalıdır. Təbii, klub elə hala salınıb ki, bunları həyata keçirmək üçün müəyyən zamana ehtiyac duyulur. Qeyd etdiklərim əvvəlki illər kimi 7-ci yerə bəhanələr gətirib vaxtlarını uzatmaqla deyil, əməli addımlarla olmalıdır. Biabırçı nəticələr fonunda klub "strategiya"sını cızıb "yolumuzu davam edirik" deyənlər unudulmamalıdır.

Bu gün Dreksa, Mujek, Seqoviya, hətta Barqas belə ehtiyatda qala-qala "Neftçi" qələbələrini qazanır. Ehtiyatda oturan legionerlərin toplam qiymətinə Vobay, Almeyda, Ramos səviyyəsində futbolçu gətirmək olardı. Kluba gələn son futbolçular Rəşad Sadiqov, Emin Mahmudovdur. Səlahət Ağayevin zədələnməsindən sonra ümid Rəşad Əzizliyə qalıb. Bununla yanaşı, heyətdə çoxsaylı problemlərə baxmayaraq, 9-10 yaşından "Sabahın Ulduzları"nda yetişən Mirabdulla Abbasov(lar)la qələbələr qazanılır. Bəhanələr gətirilmədən…

Son dörd turda illərdi səsləndirdiyimiz doğru fikirlərimizi əyani olaraq həyata keçirən Tərlan Əhmədov, futbolçular, fanat, azarkeşlərə təşəkkür düşür.

Bu gün haqlı yolda olanlar artıq qalibdir!
Ancaq bu yolu davam etdirib çempionluqları, kubokları qaytarmaq olar.
Çətin yolda "Neftçi"yə uğurlar!
Davamı gəlsin…"

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-16 20:00

Braziliyalı futbolçu paytaxt klubundan ayrılacağını açıqladı

blank
Digər idman növləri2024-04-16 19:29

Atıcılıq Federasiyası Dünya Kubokunun rəsmi posterini təqdim edib

blank
Ölkə futbolu2024-04-16 19:00

“Kür-Araz”dan darmadağın, “Cəbrayıl”dan inamlı qələbə

blank
Digər idman növləri2024-04-16 18:19

Yarımfinal mərhələsinin daha bir oyunu keçirildi

blank
Dünya futbolu2024-04-16 18:00

“Golden Boy” mükafatına favoritlər açıqlandı

blank
Digər idman növləri2024-04-16 17:47

Alkaras Madrid turnirinə qədər sağalacağına əmin deyil

blank
Digər idman növləri2024-04-16 17:32

Kramarenkonun qızı sevgilisindən ayrıldı

blank
Əvəzedicilər2024-04-16 17:16

Əvəzedicilərin yarışında daha 2 turun oyun cədvəli müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-16 17:02

Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”

blank
Dünya futbolu2024-04-16 16:45

Belçikalı futbolçu üçün 2024-cü il erkən bitdi

blank
Digər idman növləri2024-04-16 16:31

Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək gimnastlar bəlli olub

blank
Ölkə futbolu2024-04-16 16:14

Rüfət ümidlidir: “Hər şeyin itirildiyini düşünmürəm”

blank
Digər idman növləri2024-04-16 16:00

Olimpiya məşəli alovlandırıldı

blank
Digər idman növləri2024-04-16 15:45

Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək

blank
Digər idman növləri2024-04-16 15:31

Boston marafonunda sensasiya olmadı

blank
Premyer-liqa2024-04-16 15:14

“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı

blank
Digər idman növləri2024-04-16 14:58

Avropa çempionlarımız Vətənə qayıdıb

blank
Milli komanda2024-04-16 14:47

UEFA AFFA-nı cərimələdi

blank
Digər idman növləri2024-04-16 14:36

Olimpiadaya lisenziya qazanan yığmamız Vətənə dönüb

blank
Dünya futbolu2024-04-16 14:25

Dünya çempionu vəfat etdi

blank
Dünya futbolu2024-04-16 14:14

Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında qol vurdu

blank
Milli komanda2024-04-16 14:03

Millimizin Monteneqrodakı toplanışı üçün 20 oyunçu

blank
Milli komanda2024-04-16 13:52

Millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

blank
Ölkə futbolu2024-04-16 13:41

“Zirə”də oynamış futbolçu 35 yaşında vəfat etdi

blank
Dünya futbolu2024-04-16 13:30

Dadaşov üçün mövsüm erkən bitdi

blank
Ölkə futbolu2024-04-16 13:19

AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir

blank
Digər idman növləri2024-04-16 13:01

Makron Olimpiada üçün seçim edir

blank
Digər idman növləri2024-04-16 12:44

Sinner Madriddə oynayacağını təsdiq etdi

blank
Ölkə futbolu2024-04-16 12:27

Rəhbərsiz “Neftci”: qeyri-müəyyənlik davam edir

blank
Digər idman növləri2024-04-16 12:09

Nadal 680 gündən sonra yenidən kortda

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm