Ölkə futbolu
Reynaldo və Araz Abdullayev eyni komandada
"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silvanın yen…
"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silvanın yeni klubu müəyyənləşib. Son olaraq Türkiyənin "Adanaspor" klubunda çıxış edən braziliyalı karyerasını Kiprdə davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, "samabçı" millimizin futbolçusu Araz Abdullayevin formasını geyindiyi "Anortosis" klubu ilə razılıq əldə edib. Hücumçunun Famaqusta təsmilçisi ilə müqaviləsinin şərtləri bəlli olmasa da, yaxın günlərdə rəsmi müqavilə imzlayacağı dəqiqdi (futbol11).
Qeyd edək ki, Reynaldo ölkəmizdə oynadığı 4 il ərzində bir sıra titullara yiyələnib. Ardıcıl 3 dəfə – 2013/14, 2014/15 və 2015/16 mövsümlərində Azərbaycan çempionu, 2014/15 və 2015/16 mövsümlərində isə Azərbaycan kubokunun qalibi olub. 2012/13 mövsümündə çempionatın gümüş mükafatını əldə edən legioner 2013/14 mövsümündə Premyer Liqanın ən yaxşı bombardiri adına yiyələnib. Azərbaycan klublarında avrokuboklarda ən çox qol vuran futbolçu ünvanı da məhz Reynaldoya məxsusdu.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd