Dünya futbolu
"İnter"dən çətin qələbə – VİDEO
Futbol üzrə İtaliya A Seriyasında 11-ci turun oyunları ke&cce…
Futbol üzrə İtaliya A Seriyasında 11-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azarkeşlər turun ilk oyununda həftənin mərkəzi matçına, İtaliya derbisinə şahidlik ediblər. Son vaxtlar heç də yaxşı günlərini yaşamayan “Milan”, son illərdən fərqli olaraq zirvədən kənarda qalan “Yuventus”u qəbul edib. Qarşılaşma Turin təmsilçisinin inamlı qələbəsiylə başa çatıb.
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Roma” da ilk oyun günündə meydana çıxıb. Eusebio di Françeskonun yetirmələri evdə “Bolonya”nı sınağa çəkib. "Canavarlar" bu dəfə də 3 xalı 1 qolla əldə ediblər.
İkinci oyun günündə də maraqlı görüşlər baş tutub. "Latsio" səfərdə "Benevento"ya böyük hesabla qalib gəlib.
Lider "Napoli" evdə "Sassuolo"nu asanlıqla yenib. "Sampdoriya" da "Kyevo"nu darmadağın edib.
"Fiorentina"nın səfərdə "Krotone"yə məğlubiyyəti də diqqətçəkən olub.
Turun son matçında "İnter" səfərdə "Verona" üzərində çətin qələbəyə sevinib.
İtaliya A seriyası
11-ci tur
28 oktyabr
Milan – Yuventus 0:2
Qol: İquayn, 23; 63.
Roma – Bolonya 1:0
Qol: Ə.Şaaravi, 33.
29 oktyabr
Benevento – Latsio 1:5
Qol: Lazaar, 55 – Bastos, 4. İmmobile, 13. Maruşiç, 24. Parolo, 76. Nani, 86.
Krotone – Fiorentina 2:1
Qol: Budmir, 17. Trotta, 18 – Benassi, 44.
Sampdoriya – Kyevo 4:1
Qol: Linetti, 20. Torreyra, 26; 85. Sapata, 44 – Kaççatore, 24.
SPAL – Cenoa 1:0
Qol: Antenuççi, 56.
Napoli – Sassuolo 3:1
Qol: Allan, 22. Kallexon, 44. Mertens, 54 – Falçinellİ, 41.
Udineze – Atalanta 2:1
Qol: Rodriqo, 45-pen. Barak, 68 – Kurtiç, 29.
Torino – Kalyari 2:1
Qol: Falke, 40. Obi, 66 – Barella, 30.
30 oktyabr
Verona – İnter 1:2
Qol: Patsini, 59-pen – Valero, 36. Perisiç, 67.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq