Bizi izləyin

Ölkə futbolu

“54 tələbəyə məşq keçirdim, ayda 2 dollar maaş yazırdılar”

blank
blank

Azərbaycan Futzal Federasiyasının rəsmi saytında “Korifeylərimiz” rubrikası altında müxtəlif illərdə Azərbaycan millisinin və futzal üzrə klublarımızın formasını geyinmiş, oyunu, davranışı ilə rəğbət qazanmış futzalçılarla müsahibələr təqdim olunur.

Futbolinfo.az xəbər verir ki, bu dəfə rubrikanın qonağı millinin kapitanı olmuş, hazırda isə U-19-un baş məşqçisi vəzifəsində çalışan Ağatahir Əzimov olub. Onunla müsahibəni təqdim edirik:

Onunla bir-birimizi anlaya bilmirdik

– Futzalçı karyeranı vərəqləyəndə ən çox hansı oyunu xatırlayırsan?

– Bir yox, bir neçə oyun olub ki, xatırlamamaq mümkün deyil. 1998-ci ildə Belçikanı sona 12 saniyə qalmış 4:3 hesabı ilə udurduq. Hakim əlehimizə o qədər qərarlar verdi ki…Təsəvvür edin, bir hissədə qapımıza 8 dəfə 12 metrlik (həmin vaxt 10 yox, 12 metrdən vurulurdu), 2 dəfə 6 metrlik cərimə zərbə təyin etmişdi. Özümüz də oyuna baş məşqçisiz getmişdik və 4 qoldan 3-nü mən vurmuşdum. Sona 12 saniyə qalmış onlar hesabı bərabərləşdirdilər və nəticədə biz vəsiqə qazana bilmədik. Həmin vaxt seçmə mərhələnin qalibi həm dünya, həm də Avropa çempionatının final mərhələsinə yüksəlirdi. Heyif ki, Qvatemalada təşkil olunan mundialda iştirakı son 12 saniyədə qaçırdıq. Ümumiyyətlə, həmin vaxt ancaq qrup qalibləri final mərhələsinə vəsiqə qazanırdı. Bu hüququ da adətən qrup oyunlarına ev sahibliyi edənlər əldə edirdi. Biz əksər hallarda qrupda ikinci yeri tuturduq. Həm də reytinq cədvəlində aşağı pillələrdə qərarlaşdığımıza görə, mübarizəyə ilkin mərhələdən start verirdik. Tədricən xallar yığa-yığa dördüncü səbətdən ikinci səbətə yüksəldik. 2010-cu ildən başlayaraq isə seçmə mərhələni ikinci pillədə başa vuran komandalar da AÇ-nin həlledici mərhələsinə yüksəldilər.

UEFA kubokunda isə ilk dəfə “Turan AİR”lə təmsil olunmuşuq. Həmin vaxt Ermənistan çempionu “Araks”la bir qrupda yer almışdıq. İlk dəfə idi ki, komanda idman növündə onlarla qarşılaşırdıq. 5:3 hesablı qələbə qazandığımız görüşdə 2 qol vurdum. Bir də milli komanda ilə DÇ-2008-in seçmə oyununda erməniləri 9:1 hesabı ilə darmadağın etdiyimiz qarşılaşmanı qeyd edərdim.

– Kimlərlə meydanda daha yaxşı anlaşırdın və ya əksinə, kimlərlə sözün, oyunun uyğun gəlmirdi?

– 1994-cü ildən futzal oynamağa başladım. 1995-ci ildə “Neftçi”də olanda baş məşqçimiz Fazil Qarayev idi. Rüfət Məmmədov, İbrahim Həsənov, Vahid Həmişov və mən bir “dördlük”də yer alırdıq. 1998-ci ildə “Azneftyanacaq”da oynayanda Mahir və Nürəddin Eyniyevlərlə, millidə Allahverdi Babayev, Natiq Məmmədkərimovla oynamaq çox rahat idi. Bizim dövrdə futzal elə də inkişaf etməmişdi, bu qədər standart vəziyyətlər yox idi. Özümüz oyun  gedə-gedə bir-birimizə deyirdik ki, sən ora qaç, ötürməni bura ver və qol vururduq. Yəni futzal indi taktiki və “ev tapşırıqları” baxımından çox inkişaf edib. Oyunumuz alınmayan futzalçılar da var idi. Rəşadət Allahverdiyev var idi, yaxşı futzalçı idi, sadəcə bir-birimizi başa düşə bilmirdik. Ona görə də onunla mən fərqli “dördlük”də çıxış edirdik.

Deyirdilər məşqə gələn uşaqlardan pul yığ

– Bildiyim qədəri ilə güləşçi olmusan. Güləşçi Agatahir Əzimov sonra fikrini niyə dəyişdi və futzalçı oldu?

– 13 il güləşlə məşğul olmuşam. Futzala 20 yaşımda gəlmişəm. Bir dəfə 44 saylı məktəbin həyətində məhəllə-məhəlləyə futbol oynayırdıq. Rəhmətlik Oqtay Heybətov məni və qardaşımı futbol məşqlərinə dəvət etdi, yoxladı, dedi, futbola keçin, sizə maaş veriləcək. Həmin vaxt güləş müəllimi işləyirdim. Təsəvvür edin, 54 tələbəm var idi, ayda 2 dollar maaş yazırdılar, heç onu da almırdım. Çünki o pulla dolanmaq mümkün deyildi. Deyirdilər ki, məşqə gələn uşaqlardan pul yığ, denən, qurum özü-özünü maliyyələşdirir. Mən də yığmırdım, havayı işləyirdim. Oqtay müəllimin təklifini də qardaşıma görə dəyərləndirdim. Onun təkidi ilə getdik futbola və o vaxtda oldum futzalçı.

– Güləşlə məşğul olmağın futzalda nə kimi müsbət və mənfi təsirini gördün?

– Fiziki baxımdan bütün oyunçulardan ikibaş üstün idim. Düzdür, futzalı başlanğıcda təcrübəlilərdən zəif oynayırdım. Amma gücüm çox idi. Təsəvvür edin, “stolb” oynayan zaman rəqibin iki futzalçısı məni yerimdən tərpədə bilmirdi. Zərbəm o qədər güclü idi ki, hər oyunda bir neçə qol vururdum, amma təcrübəlilərin də dediklərinə qulaq asır, tətbiq edəndə də görürdüm ki, nəticə yaxşıdır. Belə-belə artırdım.

– Heç olubmu ki, deyəsiniz ki, kaş güləşdə qalaydım, orada daha yaxşı nəticə verə bilərdim?

– Güləşlə məşğul olduğum illər SSRİ dövrünə düşürdü. SSRİ birinciliyinə düşmək üçün də o qədər mərhələ adlamalı idin ki…Əgər Azərbaycan adından yarışmaq imkanımız olsaydı, uğur qazanmaq qaçılmazdı. Yəni indi Azərbaycan çempionu olmaqla millinin heyətinə düşür, dünya, Avropa çempionatına yollanmaq imkanı qazanırsan. Bizim vaxtımızda situasiya, şərait bu cür olsaydı, Azərbaycan adına daha çox faydam dəyərdi. Pis güləşmirdim. Sadəcə, futzala gəldim, burada həm oyunum alındı, həm də normal pul qazandım. Ona görə də qaldım futzalda, daha güləş haqda düşünmədim. 

Siyahıda ilk pilləni o tuturdu

– Sən oynayan vaxt yerli və özünü yaxşı tərəfdən göstərən futzalcılar çox idi. Belədə seçilmək, milli komandaya qədər yüksəlmək və kapitan seçilmək çətin olmadı?

– Biz yeni-yeni başlayan vaxt həqiqətən də yerli oyunçular arasında güclülər çox idi. Seçim üçün baş məşqçi 30-a yaxın futzalçı dəvət edirdi. Onlardan 4-5 nəfəri var idi ki, bilirdin ki, bunlar dəqiq heyətdə yer alacaqlar. Qalan 6-7 yer üçün rəqabət aparırdıq. Həmin vaxt milliyə cəmi 12 nəfərlik yer verirdilər. Yer az olduğuna görə, güclü oyunçuların bir neçəsi kənarda qalırdı. Kapitanlığa gəldikdə, İbrahim Həsənov, Mahir Eyniyev kimi oyunçular məndən əvvəl sarğını daşıyıb. Onlardan sonra kapitan mən oldum.

– Eşitdiyimə görə kapitanı komanda üzvləri səsvermə yolu ilə seçirdilər. Buna görə də bir neçə qruplaşma yaranmışdı…

– Doğrudur, kapitanı heyət üzvləri seçirdi. Bir-iki nəfər var idi, öz təbliğatını aparırdı, ona səs verməklərini xahiş edirdi. Çalışmışam, hər şey ədalətli olsun. Heç vaxt kiməsə deməmişəm ki, məni kapitan seç. Bir dəfə kapitanlıqla bağlı o qədər söz-söhbət oldu ki, axırda uşaqlar sözləşdi ki, gəlin zarafata heyətimizdə olan ən gənc futzalçının adını yazaq. Fazil Qarayev kağızları oxuduca gördü ki, hamı 18-19 yaşlı Calal Məmmədova səs verib.

– Qüvvətli zərbələrinizdən danışdınız. Sizi dayandıran müdafiəçi, zərbənizi dəf edən qapıçı olmayıb?

– Futzala yeni gələndə oyunları yüngül toplarla (№4) oynayırdıq. Güclü oyun oynamırdım, amma zərbələrim çox qüvvətli idi, top havada olanda trayektoriyasını dəyişirdi deyə, reaksiya göstərmək qapıçılar üçün çətin olurdu. 1995-ci ildən topları dəyişdirdilər, indiki ağır toplarla oynadıq. Güclü qapılarımız var idi, amma mənə görə bu siyahıda ilk pilləni uzun müddət millinin də qapısını qorumuş Rauf Hüseynov tuturdu. Müdafiəçilərdən Nürəddin Eyniyevi, İlqar Aslanovu, Nəsimi Nuriyevi keçməkdə çətinlik çəkirdim. Zərbələrim güclü olduğuna görə, çox vaxt onları keçməyə ehtiyac olmurdu, uzaqdan zərbə endirirdim. Ona görə də iştirak etdiyim turnirlərin əksəriyyətində adətən bombardir olurdum.

(davamı var)

Reklam

Reklam


blank
Digər idman növləri2023-03-30 21:05

“Murov”la “Xarı Bülbül”dən ilk oyunda qələbə

blank
Ölkə futbolu2023-03-30 20:39

Favoritlərdən böyükhesablı qələbələr

blank
Milli komanda2023-03-30 20:30

AFFA-dan ikili standart: Abdullayev niyə iki yığmada işləyir?

blank
Ölkə futbolu2023-03-30 20:12

Siyanda “Sumqayıt”a qarşı oynamayacaq

blank
Ölkə futbolu2023-03-30 20:00

“Gəncəyə qələbə qazanmaq üçün gedirik”

blank
Ölkə futbolu2023-03-30 19:53

“Transfer məsələləri ilə menecerim maraqlanır, yayda baxacağıq”

blank
Ölkə futbolu2023-03-30 19:34

“Turan Tovuz” qapıçılarını heyətdə saxlayacaq

blank
Ölkə futbolu2023-03-30 19:17

Elvin Cəfərquliyev “Qalatasaray”a qarşı oynamaq istəyirmiş

blank
Müsahibə2023-03-30 19:00

Stankoviç: “Azərbaycan millisinin bu cür uduzması üzücüdür”

blank
Digər idman növləri2023-03-30 18:13

Azərbaycan çempionatına yekun vuruldu

blank
Digər idman növləri2023-03-30 17:38

Azərbaycan cüdoçularının “Böyük Dəbilqə”də ilk rəqibləri bəlli oldu

blank
I Divizion2023-03-30 17:11

Tovuzda 11 qol, “Neftçi” darmadağınla qələbə qazandı

blank
Dünya futbolu2023-03-30 17:02

“Liverpul”un yeni istəyi

blank
Layihə2023-03-30 16:44

Heydər Əliyev və idman

blank
Dünya futbolu2023-03-30 16:33

“Ayntraxt” Kolo Muanini daha bir mövsüm saxlamaq istəyir

blank
Dünya futbolu2023-03-30 16:18

Reşford təkzib edir: “Müqavilə məsələlərinə yayda baxacağıq”

blank
Dünya futbolu2023-03-30 16:04

Türkiyədə iki futbolçu oyun alqı-satqısına görə saxlanıldı

blank
Dünya futbolu2023-03-30 15:39

“Milan”ın sabiq futbolçusu karyerasını başa vurdu

blank
Digər idman növləri2023-03-30 15:07

Gəncədə “Sərbəst piramida” – VİDEO

blank
I Divizion2023-03-30 14:46

I Divizionda XXIII turun oyun cədvəli

blank
Premyer-liqa2023-03-30 14:23

“Zirə” – “Neftçi” matçının hakim təyinatları açıqlandı

blank
Ölkə futbolu2023-03-30 14:01

“Sabah” üçün yeni tərəfdaş – VİDEO

blank
Müsahibə2023-03-30 13:55

Elvin Məmmədov: “Baş məşqçiyə böyük iş düşəcək”

blank
Digər idman növləri2023-03-30 13:40

Triatlon Federasiyasında yeni prezident

blank
Ölkə futbolu2023-03-30 13:21

“Dinamo” akademiyasının mütəxəssisi “Sabah”ın məşqçiləri ilə görüşdü

blank
Dünya futbolu2023-03-30 13:07

İsko yayda klub tapmaq üçün fərdi hazırlaşır

blank
Milli komanda2023-03-30 12:47

“Azərbaycan üzərində vacib qələbə qazandıq”

blank
Dünya futbolu2023-03-30 12:34

Byelsa Uruqvay millisində

blank
Digər idman növləri2023-03-30 12:21

Azərbaycan gimnastları beynəlxalq turnirlərə yola düşdülər

blank
Dünya futbolu2023-03-30 12:02

Milan klublarının eyni hədəfi

blank
Milli komanda2023-03-28 09:46

Andersson: “Belə qələbədən sonra tənqidi qəbul etmirəm”

blank
Milli komanda2023-03-28 09:31

Millimiz İsveçə belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-03-26 12:41

“Qəbələ” “Neftçi”yə belə qalib gəldi – VİDEO

blank
Digər idman növləri2023-03-25 21:01

Millimiz Qazaxıstanla birgə Göygöldə hazırlaşır

blank
Milli komanda2023-03-21 12:27

İlqar Aslanov: “Ümidləri doğrultmağa çalışacağıq” – VİDEO

blank
Premyer-liqa2023-03-17 20:17

“Qəbələ”dən inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-03-17 19:34

“Hədəfimizə çatmaq üçün daha da inkişaf etməliyik” – VİDEO

blank
Ölkə futbolu2023-03-17 16:41

“Qəbələ” üçün yeni sponsor – VİDEO

blank
Premyer-liqa2023-03-16 22:04

“Kəpəz” “Neftçi”dən belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-03-16 19:26

“Səbail”lə “Turan Tovuz”un heç-heçəsi – VİDEO

blank
Ölkə futbolu2023-03-16 13:43

“Neftçi”də sağlamlıq durumu – VİDEO

blank
Premyer-liqa2023-03-15 23:54

“Sabah”dan “Zirə” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-03-15 21:40

“Sumqayıt” evdə darmadağına üzüldü – VİDEO

blank
Premyer-liqa2023-03-12 18:13

“Şamaxı” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-03-11 22:24

“Qarabağ”dan “Səbail”ə 3 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-03-11 18:33

“Turan Tovuz”la “Qəbələ”dən heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-03-10 22:11

“Sabah”dan “Sumqayıt”a 4 cavabsız qol – VİDEO

blank
Ölkə futbolu2023-03-10 19:15

Zaur Əzizov: “Yayda 4 oyunçu ilə heyətimizi gücləndirəcəyik” – VİDEO

blank
Premyer-liqa2023-03-10 18:47

“Kəpəz” “Zirə” üzərində qələbəni əldən verdi – VİDEO

blank
Premyer-liqa2023-03-10 18:05

“Avtobusu, tərcüməçisi, vitamini olmayan komandanın elitada qalmasına çalışıram” – VİDEO

blank
Premyer-liqa2023-03-10 17:37

Rəşad Sadıqov: “Ədalətli nəticə heç-heçə idi” – VİDEO

blank
Ölkə futbolu2023-03-06 14:30

Millimizin qapıçısı da “yalnız qələbə” deyir – VİDEO

blank
Milli komanda2023-03-06 10:14

Millimiz Polşada ilk məşqə çıxdı – VİDEO

blank
Premyer-liqa2023-03-05 22:43

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

blank
Premyer-liqa2023-03-05 20:39

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Dünya futbolu2023-03-05 10:59

Azərbaycanlı futbolçu Ukraynada dubla imza atdı – VİDEO

blank
Premyer-liqa2023-03-04 21:58

“Sabah”ın “Kəpəz” üzərində inamlı qələbəsi – VİDEO

blank
Premyer-liqa2023-03-04 19:49

“Səbail” “Sumqayıt”a belə uduzdu – VİDEO

blank
Milli komanda2023-03-03 23:41

Yığmamızın yunanlar üzərində qələbəsi – VİDEO

blank
Premyer-liqa2023-03-03 20:20

“Zirə” – “Şamaxı” matçında 4 qol – VİDEO

Facebook

Gündəm