Ölkə futbolu
“Keşlə”dən Mirhüseyn və Nizami barədə rəsmi açıqlama
“Keşlə” rəsmi saytı vasitəsilə Nizami Hacıyev və M…
“Keşlə” rəsmi saytı vasitəsilə Nizami Hacıyev və Mirhüseyn Seyidovun komandadan uzaqlaşdırılmasını təsdiqləyib.
Futbolinfo.az xəbər verir ki, məlumatda bunlar qeyd olunub: “Keşlə” Peşəkar Futbol Klubunun rəhbərliyi bildirir ki, əsas komandanın futbolçuları – Nizami Hacıyev və Mirhüseyn Seyidov Topaz Premyer Liqası çərçivəsində keçirilmiş son 5-6 oyununda danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələrin olmasına görə, 4 gün öncə onlarla imzalanmış müqaviləyə rəsmən xitam verilmişdir”.
Qeyd edək ki, bu iki futbolçu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Klubun bununla da bağlı rəsmi açıqlama yayması gözlənilir.