Ölkə futbolu
“Neftçi”nin huşunu itirən futbolçusu evə buraxılıb
Futzal üzrə Yüksək Liqada dünən 14-cü turun oyu…
Futzal üzrə Yüksək Liqada dünən 14-cü turun oyunları keçirildi. Futbolinfo.az xəbər verir ki, “Neftçi” – “Marafon Futsal” qarşılaşmasının son dəqiqəsində “Neftçi”nin iralı legioneri Sadiq Cavid meydanın mərkəzində anidən huşunu itirərək yıxılıb.
Futzalçıya həm “Neftçi”nin, həm “Marafon Futsal”ın, həm də oyunların baş həkimi Esmiralda Ələkbərova tərəfindən ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım maşını ilə iranlı futzalçı 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) aparılıb. Dərhal tibbi müayinədən keçirilən oyuçunun hansısa orqanında çatışmazlıq, problem aşkarlanmayıb.
Klubdan verilən məlumata görə, gecəni xəstəxanada keçirən oyunçu bu gün evə buraxılıb.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var