Ölkə futbolu
Peşəkar futbola həvəskarların rəhbərlik etdiyi məmləkət
Dünya futbolunda müxtəlif liqalar var. Çempionlar Li…
Dünya futbolunda müxtəlif liqalar var. Çempionlar Liqası, Avroliqa, La liqa, Liqa 1, Bundesliqa…
Azərbaycanın da öz yeni liqası var artıq.
10 ildir ki, müftə milyonları xərcləyərək Sumqayıtdan o tərəfə keçməyənlərin yadına regionlarımız düşüb. Yazda düşünüb, yayda istirahət edib, payızda qapı-qapı düşüb qışda tələm-tələsik startı verilən çempionata Regional Liqa deyilir. Həvəskar futbol düşüncəsindən o yana keçə bilməyən başbilən həvəskarlar Bloxin, Dasayev, Belanov, Qazzayev, Çivadzelərə qarşı peşəkar futbol oynamışları bölgələrimizə qapı döyməyə göndərmişdilər. Qapılar döyüldükdən sonra baş həvəskarın qapısı da döyülərək hesabat verildi. Yeri gəlmişkən, hesabatı İcraiyyə Komitəsinin üzvlərinə verirlər. Nə isə…Həvəskar futbol düşüncəsinin öz "qanun"ları var…
Başladı nə başladı…Komandaların geyimlərində qapıçı AFFA emblemində, digər futbolçular loqosuz, oyunlardan videoçəkilişlər yox… Azərbaycan futbolunun inkişafına cavabdehlərin əsl həvəskar düşüncəsi, əsl həvəskar komandaları…
Eddi İsrafilova milyonlar xərcləyib "şokolad" doğmaları ilə şəkillər çəkdiriləndə Sabirabad, Kürdəmir, Qusar, Ağdaş, Neftçala, Mingəçevir və digər şəhər, rayonlarımız yada düşmürdü…
Heç indi də yada düşmür. Peşəkar futbola həvəskarların rəhbərlik edildiyi məmləkətdə həvəskar futbolu qaldırmağa o qədər peşəkarlar var ki…
Son illər Bakıda stadionlarla yanaşı çox nəhəng göydələnlər tikilib. Federasiyanın 5 mərtəbəli binasından ətraf görünmür. Ağ Şəhərin tozunun altında qalıb. AFFA-nı paytaxtın ən uca binalarının birinin son mərtəbəsində yerləşdirmək lazımdır. "Obrazavonski" futbol məmurlarımızın onsuz da bölgələrə alergiyası var. Onlara İsveçrə "davay". Heç olmasa pəncərədən, eyvandan rayonlarımızı görərlər…
İki tur oynanılıb. Nə tez?! Texniki məğlubiyyətlə Regional Liqa "istirahətə" yollanır. Dünya futbolunda analoqu olmayan iki turdan sonra iki aylıq fasilə…
Almaniyada regional liqalar çox məşhurdu. Qış yuxusundan sonra Lipperti də Regional Liqasına cəlb etmək lazımdır. Aylıq maaşının 1/3 qədər mükafat çəkisi olmayan liqada rayonlarımızı gəzib dolaşsın. Onsuz da millilərdə baş verən dəyişikliklərdən sonra dürtməyə yer axtarılır…
Bölgələrdə futbolun dirçəlməsi mütləqdir. Daha belə yox. Heç olmasa abırınızı, həyanızı qoruyun…
Futbol BOS-da baxdığınız "Çelsi", "Atletiko", "Roma" oyunlarıdı. Federasiya, futbola cavabdehlər o səviyyəni dərk etməli, düşünməlidir.
Həvəskar futbolla məşğul olan rəsmi qurumlar var. Birtəhər Regional Liqasını təşkil etməklə özünüzü həvəskar səviyyədə görürsünüzsə, düşün mərtəbələrdən aşağı…
Özünüz də dərk etmədən özünüzə verdiyiniz həqiqi qiymətə görə təşəkkürlər!
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…