Dünya futbolu
“Milan” derbidə qalib gəlib, yarımfinala yüksəldi – VİDEO
Futbol üzrə İtaliya Kubokunda 1/4 final mərhələsinin oyunlar…
Futbol üzrə İtaliya Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. “Latsio” doğma meydanda “Fiorentina” ilə qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Meydan sahibləri minimal hesabla qalib gələrək yarımfinala ilk vəsiqənin sahibi olublar.
İkinci oyun günündə Milan derbisi baş tutub. "Milan"la "İnter"in duelində 90 dəqiqə ərzində tərəflər qapılara yol tapa bilməyiblər. Əlavə vaxtda nəhayət ki, hesabı açan şəhərin eyniadlı təmsilçisi qalib gələrək yarımfinala yüksəlib.
Qeyd edək ki, yarımfinalda "Milan"ın rəqibi "Latsio" olacaq.
İtaliya Kuboku
1/4 final
26 dekabr
Latsio – Fiorentina 1:0
27 dekabr
Milan – İnter 1:0
2 yanvar
23:45. Napoli – Atalanta
3 yanvar
23:45. Yuventus – Torino