Dünya futbolu
26-cı kluba keçdi, yeni dünya rekordu müəyyənləşdirdi
Futbol üzrə Uruqvay yığmasının sabiq hücumçusu S…
Futbol üzrə Uruqvay yığmasının sabiq hücumçusu Sebastyan Abreu yeni dünya rekordu müəyyənləşdirib.
Futbolinfo.az xəbər verir ki, o, Çilinin “Audaks İtalyano” klubuna transfer olunmaqla 26 fərqli komandaya keçən ilk peşəkar futbolçuya çevrilib.
41 yaşlı forvard bu kluba keçənə qədər almaniyalı qapıçı Luts Pfannenştilin rekorduna (25 fərqli komanda) şərik idi.
“Audaks İtalyano” rəsmi saytında Abreunun transferi ilə bağlı bunları da qeyd edib:
“Abreunu təbrik edirik. O, Ginnesin rekordlar kitabına düşdü!”.
Sebastyan ilk peşəkar müqaviləsini 1995-ci ildə Uruqvayın “Defensor Sportinq” klubu ilə bağlayıb. O, bütövlükdə Uruqvayla yanaşı, Meksika, Salvador, İspaniya, Braziliya, Ekvador, Yunanıstan, İsrail, Paraqvay və Argentina klublarında da çıxış edib.
Hücumçunun formasını geyindiyi ən məşhur klublar “Real Sosyedad” və “Deportivo” olub. O, Uruqvay yığmasında 70 oyun keçirib, 26 qol vurub. Abreu Uruqvay yığması ilə 2011-ci ildə Amerika Kubokunu qazanıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”