Dünya futbolu
“Tobol”un çex futbolçusu Azərbaycandan təklif alıb
Qazaxıstanın “Tobol” klubunun futbolçusu Eqon Vux…
Qazaxıstanın “Tobol” klubunun futbolçusu Eqon Vux Azərbaycandan təklif alıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə 26 yaşlı çexiyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına müsahibəsində bildirib. Ancaq o, hansı klublardan dəvət aldığını dəqiq söyləməyib:
“Azərbaycan və Özbəkistan klublarından təklif almışam. Amma hələ Qazaxıstanda qalmağa qərar vermişəm. Klubumla bir illik müqaviləm var. İstərdim ki, “Astana” və ya “Kayrat”da çıxış edim”.
Qeyd edək ki, E.Vux bu ilin iyunundan Qazaxıstan klubunun şərəfini qoruyur.