Ölkə futbolu
“Azərbaycanda bizdən razı idilər” – Rrosineçkinin köməkçisi
Futbol üzrə Azərbaycan millisinin sabiq məşqçisi Draqa…
Futbol üzrə Azərbaycan millisinin sabiq məşqçisi Draqan Spasiç ölkəmizdəki fəaliyyətlərinə son vermələrindən danışıb. Futbolinfo.az xəbər verir ki, yığmamızdan baş məşqçi Robert Prosineçki ilə birgə ayrılan mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində bunları söyləyib:
“Azərbaycan yığmasından ayrılmağımızın səbəbi yeni çağırış axtarışında olmağımız idi. Bu ölkədə bizdən məmnun idilər və qalmağımızı istəyirdilər. Ancaq Prosineçki və onun məşqçi korpusu 3 ildən sonra dəyişiklik etmək istədi”.
Spasiç Bosniya və Herseqovina millisindən təklif almalarına baxmayaraq, qarşı tərəfin işi uzatdığını vurğulayıb: “Bu da bizim üçün əsas problemdi. Bu üzdən keçmiş Yuqoslaviya ölkələrinin yığmalarından və ya klublarından təklif olsa, dəyərləndirə bilərik. O ki qaldı “Srvena Zvezda”ya, Prosineçki ora yenə qayıdacaq. Mən bunu hiss edirəm”.