Ölkə futbolu
Elxan Məmmədovun Mahmud Qurbanov planı
Elçin Rəhmanov, Çudomir Çakarov və Dmitri Krama…
Elçin Rəhmanov, Çudomir Çakarov və Dmitri Kramarenkonu (qapıçılar üzrə) milli komandaya məşqçi təyin edən Qurban Qurbanov daha iki köməkçi götürə biləcəyini açıqlamışdı. Futbolinfo.az xəbər verir ki, mütəxəssis bu barədə dekabrın 20-də keçirilən mətbuat konfransında bildirmişdi.
AFFA-nın baş katibi Elxan Məmmədovun bununla bağlı öz planı var. Məlumata görə, baş katib uzun müddətdi millidə məşqçi kimi fəaliyyət göstərən Mahmud Qurbanovu Qurban Qurbanovun köməkçisi təyin etdirmək istəyir.
Milli komandaya nəzarəti demək olar ki, itirən Elxan Məmmədovun hələ istəyinə nail olmasa da, müxtəlif yollardan istifadə edir. Onun mətbuat vasitəsi ilə təzyiq edərək Mahmud Qurbanovu məşqçi postuna təyin etdirməyə çalışdığı da bildirilir. (Fanat.az)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”