Ölkə futbolu
Premyer Liqa klubunda yeni baş məşqçi
İngiltərənin “Suonsi Siti” klubunun yeni baş məşq&cc…
İngiltərənin “Suonsi Siti” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqası təmsilçisini yeni ildən Karluş Karvalyal çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
52 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb. Lakin tərəflər bu işbirliyindən razı qalsa, mövsümün sonunda müqavilənin müddəti daha 1 il artırıla bilər.
Qeyd edək ki, K.Karvalyal son olaraq "Şeffild Uensdey" klubunu çalışdırıb. “Suonsi Siti”ni isə bir həftə öncə istefaya göndərilən Pol Klement çalışdırırdı. Onun rəhbərliyi altında bu komanda Premyer Liqada keçirdiyi 20 oyunda cəmi 13 xal toplayıb və sonuncu pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”