Dünya futbolu
“Sevilya”da italiyalı baş məşqçi
İspaniyanın “Sevilya” klubunun yeni baş məşqçi…
İspaniyanın “Sevilya” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi italiyalı mütəxəssis Vinçentso Montella ilə anlaşıb. Əndəlus təmsilçisi 43 yaşlı baş məşqçinin keçidini rəsmən açıqlayıb. Klub Montella ilə 2019-cu ilin yayına kimi müqavilə bağlayıb.
O, bu postda Eduardo Berissonu əvəz edib. Montella məşqçi karyerası ərzində “Roma”, “Kataniya”, “Sampdoriya”, “Fiorentina” kimi klublarda çalışıb. Onun son iş yeri “Milan” olub.
Xatırladaq ki, “Sevilya” La Liqada 17 turdan sonra 29 xalla 5-ci pillədə qərarlaşıb.