Bizi izləyin

Ölkə futbolu

“Sumqayıt” finalda: “Keşlə” ilə oyunların nəticəsi indidən bəllidi!

Azərbaycan kuboku uğrunda ¼ final oyunlarının yeganə s&uum…

blank
Azərbaycan kuboku uğrunda ¼ final oyunlarının yeganə sürprizi “Sumqayıt”ın “Qarabağ”ı yarışdan çıxarması oldu. Avropa Liqasına vəsiqəyə ümid edən Samir Abasovun yetirmələri Premyer Liqada qış fasiləsinə 4-cü pillədə yollanıb, üstəlik, yarımfinala vəsiqə də qazanılıb.
 
Hər iki cəbhədə uğur qazanmağa ümid var, lakin kubokda yol daha qısadı və “Sumqayıt” tam gücünü qoysa, finala yüksəlmək mümkündü. Həlledici matçlarda isə heç vaxt favorit olmur və burada uğur qazanmaq üçün motivasiya aşıb-daşır.
 
Sərlövhədə “Sumqayıt”ın artıq finala vəsiqə qazanmasını yazmağımız sizə təəccüblü gəlməsin. Düzdü, yarımfinalda “Keşlə” kimi rəqib var və qışda baş məşqçisini, heyətini yeniləyən bu komandanı hesabdan silmək olmaz. Hər nə qədər adını dəyişsə də, bu komandada “İnter”in oyun üslubu qorunur, komanda inadkar cavanlardan, sınaqlardan keçmiş veteranlardan qurulub. İndiki heyətə 2-3 yaxşı legioner əlavə edib, hətta finalda da qalib gələcək komanda formalaşdırmaq olar. Lakin…
 
…Lakin iş ondadı ki, “Keşlə” yiyəsizdi. Bu komandanın rəhbərliyi ancaq yekə-yekə danışmağı bacaran, ayağının altını görməyən Zaur Axundovdan, hətta ixtisası olan hüquqşünaslığı da düz-əməlli bacarmayan, idarəçilikdən isə ümumiyyətlə, xəbəri olmayan Rəmiş Malıyevdən, bir də gözü baş məşqçi postunda qalan, idarəçi kimi özünü sübut etməyən Ramiz Məmmədovdan ibarətdi. Müşahidə Şurasının sədri, icraçı direktor və idman direktoru həm də mehriban düşmənlərdi, bir-birinin üzünə gülsələr də, arxada biri digərini xoşlamır.
 
Və bu xaotuk vəziyyətdən faydalananlar var. Klubda illərdi kök salan bir neçə nəfər kənar şəxslərlə birləşib, komandanın idarə edir, rəhbərliyə istədikləri sənədə imza atdırırlar. Əsas prosesi onlar aparır, nəticələrə görə başqaları cavab verir.
 
“Keşlə”nin yeni baş məşqçisi Yuri Maksimov imza mərasimindən həmən sonra rəhbərliyə iradını bildirib. O, Pablo Podionun transferindən narazılığını ifadə edib və bu anlaşmanın belə tezliklə həll edilməsinin səbəbini başa düşmədiyini deyib. Ukraynalı haqlıdı – o, yeni komanda qurmaq üçün çağırılır, amma ilk transfer ondan xəbərsiz edilir. Halbuki argentinalı yarımmüdafiəçinin səviyyəsi Maksimovla müzakirə edilməli idi.
blankblank
 
Redaksiyamıza daxil olan məlumata görə, Pablo ilə müqavilənin qaçaraq imzalanmasının səbəbi var imiş. Komandanın köməkçi məşqçisi və faktiki meneceri olan Zaur İsmayılov transferin erkən rəsmiləşməsində birbaşa maraqlı olub. O, Maksimovun təyinatından sonra məşqçinin bu transferi yaxın qoymayacağından ehtiyat edərək, rəhbərliyin saqqızını oğurlayıb, argentinalının əldən çıxacağını bildirməklə arzusuna çatıb. Zaur Axundov isə futbolçunun statistikasına, bu mövsüm “Zlin”də cəmi 3 çempionat matçına çıxmasına fikir verməyərək, yalnız “argentinalı” markasına aldanaraq transferə razılıq verib.
 
Təbii ki, bu transferdə İsmayılovun marağı var. O, “Sumqayıt”ın meneceri Ceyhun Sultanovun istəyini yerinə yetirib. Pabloya vasitəçilik edən Sultanov öz faizini düşünür və onunla əlbir olmağa razılaşanlarla işbirliyi qurur. “Sumqayıt”da əcnəbi transferinə qadağa qoyulduğundan, Ceyhun bəy biznesini digər komandaların, oradakı şəriklərinin hesabına zənginləşdir.
 
Bir klubun rəsmisinin futbolçu transferində vasitəçi olması, başqa bir klubla əlbir işləməsi heç bir çərçivəyə sığmır. Amma “Sumqayıt”ın prezidenti Kamran Quliyevin yanında iş verdiyi uşaqlıq dostu bütün sərhədləri aşır. O, “Səbail”ə də futbolçu təklif edir, “Neftçi”yə də, “Kəpəz”ə də. Bir neçə klubumuzda məhz Sultanovun vasitəsi ilə oynamış legionerlər olub/var.
 
Ceyhun bəyin “Keşlə” ilə şərikli biznesini yalnız 1 transferdən ibarət deyil. İndiyə qədər Sumqayıtı “İnter”ə dəyişmiş bütün futbolçular – Slavik Alxasovdan, Mirsahib Abbasova, Pərdis Fərcad-Azada kimi – onun və İsmayılovun qurduğu əməkdaşlıq körpüsündən istifadə ediblər. Hətta bakılıların xaricdəki toplanışlarını da Sultanov təşkil edir. Ötən ilin yanvarında Antalyada birlikdə hazırlıq keçmiş hər iki klub yenə eyni məkana üz tutacaq. Bir il öncə olduğu kimi, Ceyhun bəy yenə “Keşlə”nin toplanışla bağlı danışıqlarını həyata keçirir. Təbii ki, buna görə həm klubdan, həm də Türkiyədəki təşkilatçılardan müəyyən haqq (4-5 min avro) alacaq.
 
Bu qədər dostluq, əməkdaşlıq təbii ki, gələcəkdə daha da böyüyəcək. Sultanovun vasitəsi ilə “Keşlə”yə gələn Pablo və başqaları sabah yarımfinal matçında elə onun “xahiş”i ilə bilərəkdən zəif oynayacaq və kubokun finalına yüksələcək. Mirhüseyn Seyidov və Nizami Hacıyevlə bağlı acı təcrübə (futbolçular özləri etiraf edib) belə düşünməyə əsas verir. Kəsəsi, Sultanov həm “Keşlə”dən pul qazanır, həm də gələcək əməkdaşlığın təməlini qoyur.
 
İndi növbə Axundovdadı. Yatıbsa, ayıldırıq və xahiş edirik ki, danışılmış oyunlar səbəbi ilə didişib qardaşlaşdığı AFFA-nın baş katibi Elxan Məmmədov ilə birlikdə bu məsələni araşdırsın. Yarımfinaldan sonra yox, elə indicə…
 
FƏRİD
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-24 09:10

Klublarımızın potensial rəqiblərindən 31-i bəllidir

blank
Dünya futbolu2024-04-24 08:52

“Liverpul” yeni məşqçi tapdı

blank
Ölkə kuboku2024-04-24 08:35

Kubokun finalına kimlər çıxacaq?

blank
Dünya futbolu2024-04-24 08:17

Poşettino darmadağına görə utanmır

blank
Ölkə futbolu2024-04-24 08:00

Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”

blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm