Ölkə futbolu
“Neftçi” yeni baş məşqçi seçir
“Neftçi” tezliklə yeni baş məşqçisini se…
“Neftçi” tezliklə yeni baş məşqçisini seçəcək. Elşad Əhmədovun I divizion klubu “Xəzər”ə gedişindən sonra əvəzedici heyətdə boş qalmış postun sahibi bu həftə müəyyənləşməlidi.
Futbolinfo.az xəbər verir ki, bu posta əsas namizəd olan 2 nəfərin heç biri təyinat üzü görməyəcək. MOİK-dən istefa verən Aqil Məmmədovun gəlişi müzakirə olunsa da, əsas komandanın baş məşqçisi Tərlan Əhmədov bu variantı yaxın buraxmayıb. Elə “Neftçi”də aşağı yaş qrupları üzrə koordinator olan Kamal Quliyev də əvvəlki vəzifəsində qalacaq.
Komandaya Tərlan bəyin istəyi ilə gələcək məşqçinin tanınan sima olmayacağı gözlənilir. Görünür, seşim elə adamın üzərində ediləcək ki, o, əsas komandanın işlərinə müdaxilə etməsin, daha çox Əhmədovun göstərişlərini yerinə yetirsin.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq