Ölkə futbolu
“Zirə”nin futbolçusu Polşa klubu ilə müqavilə imzaladı
“Zirə”nin rumıniyalı futbolçusu Qabriel Mateylə…
“Zirə”nin rumıniyalı futbolçusu Qabriel Mateylə yollarını ayırdığını xəbər vermişdik.
Futbolinfo.az xəbər verir ki, sözügedən futbolçu artıq özünə yeni klub da tapıb. Matey gözlənildiyi kimi, Polşanın “Bruk-Bet Termalitsa” klubuna keçib.
Bu gün tərəflər arasında rəsmi müqavilə imzalanıb. Rumıniyalı müdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.
Rumıniyalı oyunçunun aylıq məvacibi 10 min avro təşkil edəcək. Bu, Mateyin Polşada çıxış edəcəyi ikinci komanda olacaq. Daha əvvəl 27 yaşlı futbolçu "Qurnik"də çıxış edib.
Qeyd edək ki, Matey “Zirə”yə yayda transfer olunmuşdu. O, komandanın heyətində cəmi 10 oyunda meydana çıxıb. Qabriel son 1 ayda zədə üzündən oynamayıb.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq