Bizi izləyin

Ölkə futbolu

Təmkin Xəlilzadə: “Qəbələ” daha yaxşı şərtlər təklif etdi”

“Qəbələ”nin yeni transferi Təmkin Xəlilzadə "Re…

blank

“Qəbələ”nin yeni transferi Təmkin Xəlilzadə "Report"a müsahibə verib.

Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:

– İlin son günlərində klubunu dəyişdin. Necə oldu ki, bu transfer gerçəkləşdi?
– "Qəbələ" klubundan təklif gəldi. "Zirə" ilə müqaviləm daha 6 ay qüvvədə idi. Öz klubumun rəhbərliyi ilə oturub danışdıq. Sağ olsunlar, onlar da məni anlayışla qarşıladılar. İkitərəfli razılıq əsasında "Zirə" ilə müqaviləmə xitam verildi. Nəticədə "Qəbələ" ilə anlaşdım. Artıq irəli baxmaq lazımdır. Görək, bundan sonra necə olacaq.

– "Qəbələ" sənin transferin üçün "Zirə"yə heç bir məbləğ ödəmədi?
– Düzü, bunu bilmirəm. Yəqin ki, klublar arasında da danışıqlar olub. Özüm də "Zirə" rəhbərliyi ilə danışdım. Onlar da mənə maneçilik törətmədilər. "Qəbələ" ilə "Zirə" arasındakı danışıqların detallarından məlumatsızam.

– Hamı gözləyirdi ki, "Zirə"də qalacaqsan, komandanı dəyişsən belə, "Qarabağ"a keçəcəksən. Bu mənada düşünmürsən ki, "Qəbələ"yə keçidin sürpriz oldu?
– Düzü, bu, mənim üçün də gözlənilməz oldu. Açığı, mövsümün ilk yarısının gedişində – qış fasiləsindən iki ay əvvəl "Qəbələ"nin mənimlə maraqlandığına dair söz-söhbətlər qulağıma çatırdı. Amma ortada rəsmi bir şey yox idi. Rəsmi təklif qış fasiləsi zamanı gəldi. Daha dəqiqi, danışıqlar dekabrın 25-dən sonra başladı. Necə deyərlər, oturduq, dəyərləndirdik.

– "Zirə" və "Qəbələ" fərqli taktikalarla oynayır. Yeni klubunda özünü sol cinah müdafiəçisi, yoxsa eyni mövqedə yarımmüdafiəçi mövqeyində görürsən?
– Mənim üçün hər iki mövqe yad deyil. Həm müdafiədə, həm də yarımmüdafiədə oynadığımdan, bunların mənə problem yaradacağını düşünmürəm. Məncə, çətinliklə üzləşməyəcəyəm. "Qəbələ"nin də "Zirə"yə oxşar taktiki sxemlə oynadığı qarşılaşmalar olurdu. Üstəlik, rəqabətdən də qorxmuram. Biz futbolçuyuq. Kimlərlə rəqabət aparacağımızı gözəl bilirik. Mən oynayacağam deyə bir şey yoxdur. "Qəbələ"yə uğur qazanmaq üçün keçmişəm. Hədəflərim, düşüncələrim böyükdür. İnanıram ki, hər şey yaxşı olacaq və "Qəbələ"də böyük uğurlara imza atacağam.

– Səni "Qəbələ"yə buraxmaqla, "Zirə"nin zəifləyəcəyini düşünmürsən?
– Xeyr, heç vaxt belə fikirləşmərəm. Çünki "Zirə" deyəndə Təmkin yada düşmür, bu komanda təkcə məndən ibarət deyil. Orada yetərincə yaxşı oyunçular, legionerlər var. Yaxşı kollektivimiz var idi. Məncə, "Zirə" yenə öz oyununu ortaya qoyacaq. "Təmkin yoxdursa, "Zirə" də olmayacaq" kimi bir deyim yoxdur. Komandanı məndən başqa da tərk edənlər olub. Amma onların yerinə yeni oyunçular gələcək. Digər tərəfdən, artıq "Qəbələ"nin oyunçusu kimi danışsam, əsas rəqiblərimizdən biri kimi "Zirə"ni qeyd edərdim. Aramızda cəmi 1 xal fərq var. Bizi çox ağır mübarizə gözləyir.

– Maliyyə şərtlərində hansı dəyişikliklər var?
– Təbii ki, "Qəbələ" daha yaxşı şərtlər təklif edib. Amma məbləği açıqlaya bilmərəm.

– 2017-ci ili özün üçün necə dəyərləndirərdin?
– Karyeram baxımından, uğurlu dəyərləndirmək olar. Çünki "Zirə" ilə Avropa Liqasına vəsiqə qazandıq, avrokuboklarda debüt etdim. İlk dəfə milli komandaya çağırıldım və yığmada debüt etdim. Nəhayət, ilin son günlərində "Qəbələ" ilə müqavilə bağladım.  

Reklam

Reklam


blank
Milli komanda2024-04-17 12:39

Millimizin rəqibi rəqib seçdi

blank
Digər idman növləri2024-04-17 12:30

Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar

blank
Milli komanda2024-04-17 12:23

Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd

blank
Digər idman növləri2024-04-17 12:12

Məmmədyarov Kanadada qalib oldu

blank
Digər idman növləri2024-04-17 11:55

Abasov Fransa təmsilçisi ilə üz-üzə

blank
Ölkə futbolu2024-04-17 11:40

“Anadolu Efes” üçün mübarizə bitdi

blank
Milli komanda2024-04-17 11:21

AFFA milli komandalara məşqçi seçdi – yenə daxili qərarla

blank
Ölkə futbolu2024-04-17 11:04

Yarımfinal mərhələsi başladı

blank
Ölkə futbolu2024-04-17 10:49

12 komandalı çempionat: necə etməli?

blank
Digər idman növləri2024-04-17 10:34

Stolüstü tennisçilər beynəlxalq yarışda fəxri kürsüyə qalxıblar

blank
Dünya futbolu2024-04-17 10:17

“Atletiko” Dünya Çempionatına vəsiqəni təmin etdi, “Barselona” daha 50 milyon itirdi

blank
Dünya futbolu2024-04-17 10:00

Çempionlar Liqasının oyunu təxirə salındı

blank
Dünya futbolu2024-04-17 09:41

Keyta əsas komandadan uzaqlaşdırıldı

blank
Ölkə futbolu2024-04-17 09:23

Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var

blank
Dünya futbolu2024-04-17 09:09

Xavi: “Hakim hər şeyi məhv etdi”

blank
Dünya futbolu2024-04-17 08:51

ÇL: “Bayern” “Arsenal”a, MS “Real”a qarşı

blank
Ölkə futbolu2024-04-17 08:34

“Bir ailəyik və qələbələrə daha yaxınıq”

blank
Ölkə futbolu2024-04-17 08:17

“Qarabağ”da özümü rahat hiss edirəm”

blank
Müsahibə2024-04-17 08:00

“Kəpəz”in oyunçusu “Qəbələ”nin elitada qalmasını istəyir: “Bu oyunun haqqı məğlubiyyət deyildi”

blank
Dünya futbolu2024-04-17 01:05

ÇL-də ilk yarımfinalçılar müəyyənləşdi

blank
Milli komanda2024-04-16 23:01

“Bu gün daha yaxşı oynadıq” – Borisov

blank
Milli komanda2024-04-16 22:46

Millimiz gürcülərə yenə uduzdu

blank
Digər idman növləri2024-04-16 22:31

“Neftçi” uduzdu, “Abşeron” qalib gəldi

blank
Dünya futbolu2024-04-16 20:00

Braziliyalı futbolçu paytaxt klubundan ayrılacağını açıqladı

blank
Digər idman növləri2024-04-16 19:29

Atıcılıq Federasiyası Dünya Kubokunun rəsmi posterini təqdim edib

blank
Ölkə futbolu2024-04-16 19:00

“Kür-Araz”dan darmadağın, “Cəbrayıl”dan inamlı qələbə

blank
Digər idman növləri2024-04-16 18:19

Yarımfinal mərhələsinin daha bir oyunu keçirildi

blank
Dünya futbolu2024-04-16 18:00

“Golden Boy” mükafatına favoritlər açıqlandı

blank
Digər idman növləri2024-04-16 17:47

Alkaras Madrid turnirinə qədər sağalacağına əmin deyil

blank
Digər idman növləri2024-04-16 17:32

Kramarenkonun qızı sevgilisindən ayrıldı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm