Ölkə futbolu
“Qəbələ” Çexiya klubuna məğlub oldu
Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ&r…
Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün Antalyadakı hazırlıq prosesi çərçivəsində növbəti yoxlama matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi əyalət klubu Çexiyanın “Bohemians” kollektivi ilə üz-üzə gəlib.
“Gloria Sports Arena”da baş tutan oyunda 4 qol qeydə alınıb. Sonda isə qələbəni Çexiya klubu bayram edib.
Xatırladaq ki, “Qəbələ” daha öncə Türkiyənin “Akhisar” (1:1), İsveçrənin “Sürix” (0:1), Makedoniyanın “Rabotniçki” (2:1), Rusiyanın “Arsenal” (Tula, 3:3) klubları ilə yoxlama oyunu keçirib.
Yoxlama oyunu
31 yanvar
“Qəbələ” – “Bohemians” 1:3
Qol: Hacıağa Hacıyev, 50 – Luts Siim, 31. Yakub Neças, 69. Haşek, 71.
“Gloria Sports Arena”.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 16. Dion Malone, 19. Filip Ozobiç, 28. Stiven Monroz, 34. Ürfan Abbasov, 45. Famussa Kone.
Ehtiyat oyunçular: 35. Murad Popov, 23. Aqil Məmmədov, 25. Əmrah Zülfüqarlı, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 10. Ruslan Qurbanov, 14. Cavid Hüseynov, 18. İlqar Qurbanov, 29. Hacıağa Hacıyev, 33. Təmkin Xəlilzadə, 62. Faiq Hacıyev, 74. Yusif Nəbiyev, 89. Abbas Ağazadə.

- Ölkə futbolu2023-11-28 09:50
Gəncə stadionu yenidən qurulur – FOTOLAR
- Müsahibə2023-11-28 08:00
Yunis Hüseynov: “Orada bəziləri “Neftçi”ni fikirləşmirlər”
- Müsahibə2023-11-29 08:00
Nildo Azərbaycana qayıtmaq istəyir: “Xəzər Lənkəran”ın dağılması böyük itkidir”
- Ölkə futbolu2023-11-29 10:50
Qurban Qurbanov “Molde” ilə oyundan danışdı