Ölkə futbolu
“Kəpəz” “Spartak”a qalib gəldi
Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz&rdq…
Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” bu gün hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Yunis Hüseynovun çalışdırdığı Gəncə təmsilçisi Serbiyanın “Spartak” klubu ilə qarşılaşıb.
Qarşılaşma təmsilçimizin üstünlüyü şəraitində keçib. Nəticədə, hər hissədə bir qol vuran "Kəpəz" meydanı inamlı qələbə ilə tərk edib.
Xatırladaq ki, gəncəlilər Antalya toplanışı çərçivəsində daha öncə Rumıniyanın “Vitorul” (1:1), Cənubi Koreyanın “Daejeon Citizen” (1:0) və Polşanın “Yagelloniya” (1:8) klubları ilə qarşılaşmışdı.
Yoxlama oyunu
31 yanvar
“Kəpəz” – “Spartak” 2:0
Qol: İlkin Sadıqov, 25. Dario Federiko, 72.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi