Futzal üzrə Yüksək Liqada 22-ci tura martın 28-də start veriləcək. 

Futbolinfo.az xəbər verir ki, həmin gün Bakı İdman Sarayında bir oyun keçiriləcək. Lider “Araz” cari mövsümün birinci və ikinci dövrəsində keçirilən oyunda 2:1, üçüncü dövrədəki matçda isə 3:0 hesabı ilə qalib gəldiyi EKOL-la qarşılaşacaq.

Bu matç “CBC Sport” kanalında canlı yayımlanacaq.

Yüksək Liqa
22-ci tur

28 mart

14:30. “Araz” – EKOL
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Anar Fərəcov.
Hakim-inspektor: Aslan Həsənov.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp