“Qəbələ”nin legioneri Dion Malone Futbolinfo.az saytının suallarını cavablandırıb.

– Hazırlıqlar necə gedir?
– Hər şey qaydasındadı. Hazırlaşırıq və planlı şəkildə məşqlərimizi edirik. 

– Milli komandaya görə yaranan uzun fasilə sizin üçün nə dərəcədə faydalı oldu?
– Bu uzun fasilə yaxşı oldu. Çünki yaxşı məşqlər keçdik. Hazırlaşdıq və yeni şeylər üzərində işlədik. Düşünürəm ki, bunun bizə faydası çox olacaq. 

– Çempionatın son oyunlarında zəif çıxış etmişdiniz…
– Bilmirəm ki, biz niyə həmin matçlarda yaxşı nəticə qazanmadıq. Çünki hər zaman meydana çıxıb əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Amma nəticələr bəzən istədiyin kimi olmur. Biz bütün problemlərin üzərində işləyib qarşıda daha yaxşı oynamağa və xallar qazanmağa çalışacağıq. Bundan sonra daha inamlı çıxış etməliyik. Fanatlarımıza bunu borcluyuq. 

– Amma razılaş ki, çempionluq şansı bitib…
– Fikrimcə, bundan sonra çempion olmaq həddən artıq çətindi. Bu vəziyyətdə birincilik qazanmaq uzaq görünür. 

– Lakin "Qəbələ" tarixində ilk dəfə kuboka sahib ola bilərsiniz…
– Kubok bizim üçün çox önəmlidi, vacibdi. Amma çempionatda da matçlara qələbə üçün çıxacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik. 

– Öz durumun necədi? Uzunmüddətli zədədən sonra özünə gələ bilmisən?
– Tam bərpa olmuşam. Zədədən ümumiyyətlə qurtuldum. 

– Azərbaycan millisinin Belarusla oyununa baxdınız?
– 90 dəqiqə matçı izləmədim.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp