"Səbail"in gürcü legioneri Tamazi Tsetsxladzenin Futbolinfo.az saytına müsahibəsi

– Özünü milli komandada necə hiss edirsən?
– Özümü əla hiss edirəm. Çünki məni milliyə dəvət ediblər və inanırlar. Bu həqiqətən mənim üçün böyük inanmdı, böyük dəstəkdi. Allaha dua edirəm ki, mənə bu imkanı yaradıb.

– "Səbail"dən sonra milliyə dəvət aldınız…
– "Səbail"siz perspektiv olmayacaqdı. Bu klub mənə çox şey verib. "Səbail" mənə böyük şans yaradıb. İnanırlar və mənə çox kömək edirlər. Məhz bu kluba görə milliyə də dəvət aldım. Bu komandaya, mənə inanan hamıya təşəkkür edirəm. 

– U-21-i özün üçün əsas komandaya tramplin sayırsan?
– Bunu demək çətindi. Çünki futbolçu milliyə gəldiyi zaman ürəklə oynamağa çalışır. Burada tramplin haqqında düşünmürsən. Yığma üçün oynayanda əsgər olursan. İşin doğma vətənin üçün sona qədər mübarizə aparmaqdı. Sonrasını isə Allah bilər. Nələr olacaq görəcəyik. 

– "Səbail"in çempionatdakı vəziyyəti milli komandadakı durmuna təsir edir?
– Əlbəttə ki. Əslində Premyer Liqa komandasında çıxış etmək mənim üçün üstünlükdü. 

– Komanda yoldaşların Azərbaycan və "Səbail" haqqında soruşurlar? 
– Əlbəttə. Hər kəs mənimlə maraqlanır. Onlar artıq "Səbail" azarkeşləridi.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp