Digər
583 nəfərdə koronavirus aşkarlandı, 7 nəfər öldü
Azərbaycanda 583 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Azərbaycanda indiyədək koronavirusa ümumilikdə 19 267 nəfər yoluxub. Məlumata görə, onlardan 10 820 nəfər müalicə olunaraq sağalıb, 235 nəfər vəfat edib, 8 212 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

- Ölkə futbolu2023-03-23 12:17
Mikels də “Qarabağ”da
- Milli komanda2023-03-25 01:38
Millimiz Avstriyaya böyük hesabla məğlub oldu
- Milli komanda2023-03-24 13:00
De Byazi Avstriya ilə matçda bu 3 futbolçuya ehtiyac duymadı
- Ölkə futbolu2023-03-24 17:00
“Qarabağ” “Zirə” və “Şamaxı”nın oyunçuları ilə gücləndi – “Qalatasaray”la matç üçün