Dünya futbolu
“Fənər”in futbolçusuna 10 tikiş atıldı
Türkiyə Super Liqasının 31-ci turunun “Kasımpaşa&rdquo…
Türkiyə Super Liqasının 31-ci turunun “Kasımpaşa” – “Fənərbaxça” matçı qonaq komandanın futbolçusu Martin Şkrtel üçün heç də uğurlu alınmayıb.
Futbolinfo.az xəbər verir ki, komandası 4:1 hesabıyla qalib gəlsə də, slovakiyalı müdafiəçi bu görüşdə xoşagəlməz hadisə ilə üzləşib.
Belə ki, qarşılaşmanın ilk yarısının sonlarında o, rəqib futbolçu ilə mübarizədə başından zərbə alıb. Başından yaralanan Şkrtelə meydandaca 5 tikiş atılıb. Buna baxmayaraq, o, oyunun sonunadək meydanda olub.
Matçdan dərhal sonra Şkrtel xəstəxanaya götürülüb. Klub həkimlərinin də iştirak etdiyi əməliyyatda ona qoyulan əvvəlki tikişlər sökülüb. Əvəzində onun başına 10 tikiş qoyulub.
Əməliyyatdan sonra xəstəxanadan evə buraxılan təcrübəli müdafiəçinin sağlıq durumunun hazırda yaxşı olduğu bildirilir.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq