Ölkə futbolu
İlham Əliyevlə görüşmək üçün ağlayan uşaq Vəli Qasımovun oğlu imiş – VİDEO
Ölkə başçısı İlham Əliyev onunla görüşmə…
Ölkə başçısı İlham Əliyev onunla görüşmək istəyən uşağın arzusunu gerçəkləşdirib.
Futbolinfo.az xəbər verir ki, sosial şəbəkələrdə videosu yayılan, dövlət başçısına görə ağlayan azyaşlı oğlan İlham Əliyevlə görüşüb.
İnternetdə qısa zamanda hər kəsin diqqətini çəkən azyaşlı sonda arzusuna çatıb.
Qeyd edək ki, 8-10 yaşlarında olan uşaq anasının zarafatla "İlham Əliyev prezident seçilsə, bu gün evimizə qonaq gələcək" sözlərinə inanıb. Daha sonra İlham Əliyevin yüksək səs faizi topladığını bilən uşaq anasına prezidentin niyə evlərinə gəlmədiyini soruşub.
Azyaşlı anasının dediklərinin zarafat olduğunu anlayanda isə göz yaşlarını saxlaya bilməmişdi.
Qeyd edək ki, həmin uşaq Azərbaycan futbolunun canlı əfsanəsi Vəli Qasımovun oğludu.
- Premyer-liqa2024-01-30 11:17
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Premyer-liqa2024-01-28 19:23
“Neftçi”dən “Qəbələ” üzərində inamlı qələbə
- Milli komanda2024-01-29 10:40
Vaqif Cavadov milli komandaya təyinat alacaq
- Ölkə futbolu2024-01-29 08:00
“Qarabağ”ın izləyicisi yenə dəyişdi, xal fərqi 15-ə çatdı