Ölkə kuboku
"Araz-Naxçıvan" "Simurq"a rəqib oldu (YENİLƏNİB)
Bu gün Azərbaycan Kubokunun 1/16 oyunu keçirilib. Futboli…
Bu gün Azərbaycan Kubokunun 1/16 oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, Naxçıvanda baş tutan qarşılaşmada "Araz-Naxçıvan" "Ağsu" ilə münasibətlərinə aydınlıq gətirib.
Oyunun əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə olunmuş vaxtın ilk hissəsində Naxçıvan təmsilçisinin şərəfini qoruyan Elmin Çobanov komandasını 1/8 finala daşıyan yeganə qola imza atıb.
Beləliklə, "Araz-Naxçıvan" minimal hesablı qələbə sayəsində 1/8 finalda "Simurq"la qarşılaşacaq.
30 oktyabr
Azərbaycan kuboku, 1/16 final
“Araz Naxçıvan” – “Ağsu” 1:0
Qol: Elmin Çobanov, 108
İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu
