Dünya futbolu
“Atletiko” yeni transferini təqdim etdi
İspaniyanın “Atletiko” klubunun Portuqaliya “Sport…
İspaniyanın “Atletiko” klubunun Portuqaliya “Sportinq”indən ayrılan Jelson Martinslə anlaşdığını xəbər vermişdik.
Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisi yeni futbolçusunu ictimaiyyətə təqdim edib. Martins yeni klubunda 18 nömrəli formanı geyəcək. 23 yaşlı yarımmüdafiəçi azad agent kimi “Atletiko”ya keçib. O, Madrid klubu ilə 5 illik müqaviləyə imza atıb.
Transfer dəyəri 35 milyon avro olan Martins ispanlara havayı başa gəlib. O, Lissabon təmsilçisindən azad agent kimi ayrıldığından, yeni klubu ona görə heç bir təzminat ödəməyib.
Xatırladaq ki, azarkeşlərin klubun bazasına hücumundan sonra “Sportinq”i tərk edən futbolçulardan biri də məhz portuqaliyalı hücumçu idi.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq