Dünya futbolu
Milli komandada yeni baş məşqçi
Futbol üzrə Küveyt milli komandasının yeni baş məşq&cc…
Futbol üzrə Küveyt milli komandasının yeni baş məşqçisinin adı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, yığmanın “sükanı arxasına” xorvatiyalı mütəxəssis Romeo Jozak gətirilib. Bu barədə Jozak rəsmi “tvitter” hesabından paylaşım edib. Xorvatiyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
FİFA 2015-ci ildə Küveyt Futbol Federasiyasını siyasi hadisələrə qoşulduğu üçün beynəlxalq turnirlərdən kənarlaşdırmışdı. Bu səbəbdən, milli DÇ-2018 və Asiya kuboku-2019-un seçmə mərhələsinə qatılmamışdı. Küveyt millisinin cəzası 2017-ci ilin dekabr ayında bitib.
Daha öncə Xorvatiya millisinin texniki heyətində yer alan 45 yaşlı Jozak, son olaraq Polşanın “Legia" (Varşava) komandasını çalışdırmışdı.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq